Əbülfət MƏDƏTOĞLU: “EŞQƏ BATIR YANAQLARINI”

ƏBÜLFƏT MƏDƏTOĞLU
58081 | 2019-11-26 09:45

Çoxdandıgörüşmürdük. Necə deyələr, həyat, iş, vəziyyət bizi bir qədər uzaq salmışdı. Amma könüldən-könülolan yollarımız, internet yazışmalarımız bu uzaqlığı unutdurmuşdu bizə. Demək olar ki, günaşırı FB-dəgörüşürdük. Və bilirdim ki, o indi paytaxtdan uzaqda, Naftalanda yaşayıb-işləyir.Necə deyərlər, onu Bakıdan həmin şəhərə işləməyə göndəriblər.

İxtisasca həkimolan Qalib Şəfaət həm də bədii sözə, yaradıcılığa könül verib. Onunla şəxsitanışlığımın ilk vasitəçisi mərhum yazıçımız, gözəl insan, mənim də üzərimdəhaqqı-sayı olan Nahid Hacızadə olubdur. Məhz onun söylədiyi isti sözlər bizibir-birimizə yaxınlaşdırıb, doğmalaşdırıb. Və bir də baxıb görmüşük ki,dostlaşmışıq.

Ötən ayınsonlarında paytaxta qonaq gəlmiş Qaliblə redaksiyamızda görüşdük, hal-əhvaltutduq. İşindən, iş şəraitindən və bir də təbii ki ədəbiyyatdan danışdıq. Hissetdim ki, sevincli anlar yaşayır. Elə bu sevincin ipucunu da özü mənə verdi.Kiçik əl çantasından iki kitab çıxardı. Biri onun nəsr əsərləri, digərləri isəşeirlərinin toplusu idi. Kardioloq-şair Qalib Şəfaətin "Eşqə batır yanaqlarını”kitabına ön sözü şair-həkim Tofiq Nurəli yazıbdı. Bu kitabın ön səhifələrində AvdıQoşqarin, Musa Ələkbərlinin, Bilal Alarlının, Qiymət Məhərrəmlinin, eləcə də,filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın Qalib Şəfaətin yaradıcılığı iləbağlı qısa fikirləri öz əksini tapıb. Bu format onsuz da yaradıcılığı iləmaraqlandığım dostumun kitabına diqqətimi bir az da artırdı. Və zaman tapankimi onun şeirlər kitabını bir oxucu sevgisiylə mütaliə etməyə başladım. Gördümki, hər bir yeni əsəriylə oxucularına daha da yaxınlaşan Qalib bu kitabında daduyğularını yaradıcı şəkildə ifadə etməyi bacarıbdı. O yazır:


Gündüzü söndür,dincəlim,

Bir az yatmaqistəyirəm.

Həyatda itirdimsəni,

Yuxuda tapmaqistəyirəm.


Bir az şirinyuxu görüm,

Gündüzlər qanımqaradı.

Səndən buyandakı mənəm,

Səndən o yanıharadı?


Çölümdə, düzümdəitdin,

İçimdə axtarım səni.

Gözümdə, izimdəitdin,

Sözümdə axtarımsəni.


Əgər sən özünügörsən,

Yerini deyərsənmənə.

Danışaq boş vaxteyləyək,

Arada baş çəkəksənə.



Açığını deyimki, bu şeir səmimiyyətilə və özünün yaratdığı mənzərə ilə könlümü oxşadı. Mənburda fikrin obrazlılığına, həmçini həmin obrazın özündəki görüntüyə vuruldum.Yəni Qalib şairliklə yanaşı, həm də rəssamlıq etmişdi. Onun:


Ürək sənin ürəyinsə,

Harda olsamtapar məni.

Arzu, istək gərəyinsə,

Gəl könlümdənqopar məni.


– deməsinə də mənbax, əvvləki ovqatın içərisində həm inandım, həm də haqq verdim. Axı, söhbəthalal, pak sevgidən gedir. Ümumiyyətlə, bu kitabdakı mövzu rəngarəngliyioxucunu kitaba daha da çəkir. Eyni aurada, eyni fikir müstəvisində qalmır. Vədeməli, onun üçün şairin açdığı mənzərə könlünü oxşayır. Mən də Qalibinoxucularından biri kimi onun "Eşqə batır yanaqlarını” kitabını maraqla oxuyubbaşa çıxarkən bir daha özüm üçün əmin oldum ki, Qalibin şeirlərindəki səmimiyyətvə özünüifadə yerindədi. Şeirdə isə oxucuya ən çox lazım olan məhz səmimiyyət vəbir də oynaq obrazların olması daha önəmlidir.

Kitabla bağlıfikirlərimin sonunda dostumun bir şeirinihəm özüm, həm də sizin üçün təkrar etmək istəyirəm. Zənnimcə, burdakı məqamlarımənim kimi siz də yaşamısınız:


Sən mənim nəvaxtdır

yuxuma girirsən...

Görmürəm

ayılanda səni-

yuxularımdayatıb durursan...

Eh! Bu nə xasiyyətdi...

Bir az gec get

ayılım dərdləşək.


Bəli, Qalib Şəfaət,sözün, yolun uğurlu olsun. Və bir də paytaxta yolun düşəndə sən də bir az ləngi,biz də dərdləşək.


TƏQVİM / ARXİV