Axtarışda olan 4 458 nəfər sərhəddə saxlanılıb
2019-cu ilin noyabr ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nəzarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib.
DSX-dan Adalet.az -a verilən məlumata görə, xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəticəsində son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi və ölkəmizə turizm axının artması ilə əlaqədar dövlət sərhədindən buraxılış məntəqələrindən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şəraitində DSX-nin sərhəd nəzarətinin xidməti fəaliyyətinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini qeyd edib.
Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statistik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nailiyyətlərin əldə olunmasında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb.
Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılıb, saxta və özgəsinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər saxlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintapşırıqları əsasında DSX əməkdaşlarının sosial-məişət vəziyyətinin gücləndirilməsinin, şəxsi heyətin pul təminatının artırılmasının, sərhəd nəzarəti məntəqələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasının sərhədçilərin xidmətinə ən yüksək səviyyədə göstərilən ali diqqət və qayğının ifadəsi olması bildirilib.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06