adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Noyabr 2019 15:52
8347
GÜNDƏM
A- A+

Gəncədə evdə kişi meyiti aşkarlanıb

Gəncədə evdə 64 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Abdıyev Qabil Məhəmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.