adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Noyabr 2019 15:15
48727
KRİMİNAL
A- A+

Bakıda kürəkən qaynını bıçaqladı

Bakıda qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 26 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Aslanov İlham Hüseynağa oğlu eyni ünvanda yaşayan yeznəsi və eyni zamanda bibisi oğlu olan 1964-cü il təvəllüdlü Ələkbərov Müslüm Əmir oğlu ilə mübahisə edib.

Mübahisəyə səbəb İ.Aslanovun evin girişinə kamera quraşdırması olub. İ.Aslanov eşidib ki, M.Ələkbərov onun quraşdırdığı kameranı sındıracaq və bununla bağlı o sonuncu ilə evin qarşısında mübahisə edib.

Mübahisə nəticəsində M.Ələkbərov bıçaqla İ.Aslanovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.