adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Noyabr 2019 14:38
28066
ŞOU-BİZNES
A- A+

Samir Cəfərov: “ ...amma Damla satılmayacaqdı...”

"850 biletdən 150 bilet satıldı. Gətirib zalı doldurdular. Bilirdim ki, onlar bilet satışı ilə zalı doldura bilməyəcklər. Nuri Sərinləndirici, Elnarə Abdullayevanı apardım, bilirdim ki, bilet satılacaq. Satıldı da…”.

Adalet.az xəbər verir ki, bu sözlər xalq artisti Samir Cəfərova məxsusdu. "Səhər-səhər" verilişinin qonağı olan müğənni Damla ilə bağlı söz-söhbətlərə, "Damlaya görə Gəncə Dövlət Filarmoniyasındakı vəzifənizdən çıxmısız" sualına münasibət bildirib:

S.Cəfərov Damlanın Gəncə konserti ilə bağlı sirri açıb:

"Filarmoniyadaklassik konsertlər də, opera da var. Niyə filarmoniya deyəndə, ancaq klassika düşünürlür? Niyə digər oxuyanların da konserti olmasın? İnsanlar var idi sponsorluq edib, Damlanı gətirmək istədilər.Dedim, kirayə pulunu, digər xərcləri və Damlanın qonorarını ödəyin, konsert verin.

Amma Damla satılmayacaqdı. Çünki Gəncə camaatı başqa zövqdədir. Ondan sonra bəzi müğənnilər gəldi, dedim sizin konsert olmayacaq. Siz İnstaqram məşhurluğu qazanmış adamlarsız. Orada oturanlar isə boş-bekarlardır".


Əntiqə Rəşid