adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Noyabr 2019 14:13
49777
KRİMİNAL
A- A+

Bakıda zorakılıqla öldürülən şəxslə bağlı RƏSMİ

Noyabrın 23-də saat 14 radələrində Nərimanov rayonu N.Süleymanov küçəsi ev 1-in qarşısında Naxçıvan şəhər sakini Adəm Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərariliyə görə məhkum olunmuş T.Bayramov saxlanılıb.

Araşdırma aparılır.