adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Noyabr 2019 14:02
10986
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 400-ə yaxın qadın məhkum var

Oktyabr ayında 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib.

Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində olan qadınlar daha çox dələduzluq və narkotikə görə həbs edilib.
"Hazırda cəzaçəkmə müəssisələrində 400-ə yaxın qadın var. Onlar da əsasən narkotik və dələduzluq səbəbindən həbs ediliblər. Buna da onları həyat yoldaşları vadar edir. Ailədə zorakılıq nəticəsində onlar bu yola əl atır. Bu məsələlər araşdırılmalı və səbəbləri bilinməlidir".