adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Noyabr 2019 13:14
15564
GÜNDƏM
A- A+

Elçin Vəliyevi başa düşməyənlər bu yazını 3 dəfə oxusunlar

Azərbaycanlı jurnalistlər Şuşa və Kəlbəcərdə, erməni jurnalistlər Gəncədə

Noyabrın 17-dən 21-dək Ermənistan və işğal altındakı Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.

Azərbaycan XİN-in Mətbuat xidmətinin noyabrın 23-də qarşılıqlı səfərlərlə bağlı yaydığı açıqlamada deyilir: "ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər”.

Səfərlə bağlı Ermənistan Xarici İşlər Nazirliyi də məlumat yayıb. Məlumata görə, layihə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilib. Azərbaycanlı jurnalistlər Azərbaycanın işğal altında olan hissəsinə - Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər.

Erməni jurnalistlər gəncədə ile ilgili görsel sonucu

Ermənistandan Bakıya "Şant” TV-nin icmalçısı Artyom Yerekyan, "Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və separatçı rejimin "İTV” əməkdaşı Edqar Elbakyan gəlib. Azərbaycandan isə Ermənistana "Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və "Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.

Məlumatda deyilir ki, hər iki tərəfi təmsil edən jurnalistlər ictimai qurumlarla, həmkarları ilə görüşüblər, şahmat məktəbində olublar.

Elşən Rüstəmov ile ilgili görsel sonucu

Elşən Rüstəmov

Səfərdə olan azərbaycanlı jurnalistElşən Rüstəmovözünün Facebook səhifəsində işğal altında olan ərazilərimizdən şəkillər paylaşıb. E.Rüstəmov Kəlbəcərin, Şuşanın görüntülərini "Doğma torpağımız” qeydi ilə paylaşıb. Jurnalist həmçinin, İrəvandakı Göy məsciddən də şəkillər yayıb.

Qeyd edək ki, Azərbaycan və erməni jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkil ediləcəyi və edildiyi barədə öncə ölkə ictimaiyyətinə və mediasına ancaq ümumi məlumatlar verilib, səfər edənlərin adları açıqlanmayıb. Azərbaycan mətbuatı qarşılıqlı səfərdə olan həmkarlarının adlarını Ermənistan KİV-lərindən öyrəniblər.

Səfərin bu şəkildə gizli təşkil olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və suallara yaradıb.

Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin əhəmiyyəti nədir? Paylaşdıqları şəkillərlə haranı, nəyi, niyə və necə göstərirlər? Gəncəyə səfər edən erməni nümayəndə heyətinin tərkibində Dağlıq Qarabağın İTV-sinin nümayəndəsinin olması nə deməkdir və nə dərəcədə doğrudur? Bu və digər suallar hələ də cavabını gözləyir.

Səfərdə olmuş "Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyevlə dünən əlaqə saxlayıb, səfər təəssüratları ilə bağlı danışmasını və məsələ ilə bağlı cəmiyyətdə yaranana sualları cavablandırmasını istədik. Elçin Vəliyev "Yeni Müsavat”a bildirdi ki, tərəflər arasında səfərdə olmuş jurnalistlərin işlədikləri media orqanlarında xüsusi müəllif yazısı ilə çıxış etməsi, buna qədər səfərlə bağlı heç yerə açıqlama verməməsi barədə razılıq əldə olunub: "Mən bu razılaşmanın bizim tərəfindən pozulmasını istəmirəm. Ona görə də səfərlə bağlı sizi maraqlandıran suallara indi cavab vermək istəmirəm. Yəqin ki, geniş, xüsusi yazım olacaq. Bu yazım çıxsın, sonra suallarınızı cavablandırarıq. Biz həm də izləyirik ki, görək Ermənistan tərəfi razılaşmaya əməl edirmi”.

Jurnalistlərin hazırlayacaqları materialları gözləyək.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”