adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Evsiz qalmış mədəniyyətimiz... - Eminquey yazır

EMİNQUEY AKİF
70870 | 2019-11-25 12:15

1778-ci ildəJozef Brahamın yeni tualet sistemini icad etməsiylə ev içi sağlamlıq şərtlərindəəhəmiyyətli bir inkişaf olmuşdu.

Amma ilktualetin nə vaxt yarandığı çox mübahisəlidir.

Oturacaqlıtualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir.Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqlarıtapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə vəHindistan yarımadasında da rast gəlinmişdir.

Antik Romatualeti Efesdə mövcuddur.

Romada ilkictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətləraparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdəilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbiiehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idiki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılaristifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər.Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər varidi.

Bəzənsəsaraydan kənara çıxmağa tənbəllik edən əyanlar güvəclərdən (qorşok) istifadəediblər. Varlıların güvəcləri qızıl və bahalı daşlarla bəzədilir, digərləri isəadi qablardan istifadə edirmiş. Sadəcə, güvəcləri sonra harasa boşaltmaq lazımgəlib. Fransız tədqiqatçıların yazdığına görə, şəhərlərdə elə bir çala yox idiki, ora güvəclər boşaldılmasın. Çirkabın iyindən adamlar başlarını pəncərədənçölə çıxara bilmirdilər. Hətta Parisdə belə bir fərman çıxmışdı ki, adamlarınözlərini qorumaları üçün çirkabı atmamışdan əvvəl uç dəfə bərkdən "Diqqət,tökürəm" deyə bağırması lazım idi.

İlk su iləyuyulma sistemi olan tualetin layihəsini dahi Leonardo da Vinçi kral I Fransuaüçün təklif eləyib. Lakin dahinin əksər ixtiraları kimi bu tualet layihəsi dəkağız üzərində qalıb. Sonralar kralın qəbullarında güvəci dəbə salan ilk adamda məhz I Fransua olub.

Ümumiyyətlə,İntibah dövrünə aid bir sıra saray banketləri rəsmlərində və karikaturalardasaray əyanları oturduqları stulun qabağında yemək, altında isə güvəclə təsvirolunub.

Avropada1596-cı ildə Con Harrinqton su ilə yuyulan ayaqyolu layihəsini İngiltərəkraliçası Elizabet üçün hazırlayıb. Lakin Elizabet onu qiymətləndirməyib vəHarrinqtonun ixtirası hardasa 20 il unudulub. Yalnız 1738-ci ildə Brondelin cəhdlərinəticəsində tualetin yuyulan variantı meydana gəlib. Fərziyyələrdən birinə görə,həmin vaxtdan etibarən ilk dəfə olaraq Fransada tualetsiz ev tikməyə icazə verməməyəbaşlayıblar. Onda ilk ictimai tualet tikilib və qadınlarla kişilərin tualetiayrılıb.

Tualet stulu(Avropa, XIX əsr)

XVIII əsrinortalarında mühəndislərin su ilə yuyulan ayaqyolu ilə bağlı ideyaları yaranıb.Nəhayət, 19-cu əsrdə kiçik Britaniya kəndindən olan çilingər Tomas Krepperkanalizasiyaya çıxışı olan və pis qoxunu rədd etmək üçün suyun axıdıla biləcəyimüasir formalı unitazı və U-şəkilli kanalizasiya borusunu ixtira edib. İlkunitaz farfordan hazırlanıb və vaza şəklində olub. Krepper öz şirkətiniyaradaraq Bukingem və Vindzor saraylarında bu santexnika aparatlarınıquraşdırıb.

XX əsrin əvvəllərindəİspaniya şirkəti olan "Unitas" (bu sözün ilk hərfi U-şəkilli boruyaişarə idi) oturacağı və su bakı olan tualetin istehsalına başlayıb. Həminfirmanın sayəsində "unitaz" sözü məişətə daxil olub.

Gələk bizə...

Hər yerdəöyünürük ki, dünyada hamam-tualet yox ikən bizdə artıq kanalizasiya sistemləridə, hamam da, tualet də mövcud olub. Hətta el arasında tualetə "mədəniyyətevi" də deyirlər. İndi məni və birazca mədəniyyəti olan insanları narahatedən bir problemdən yazmaq istəyirəm. Madam ki, böyük arzularımızının üstündənsifonu çəkib buraxmışıq üzü Xəzərə, heç olmasa, bu arzumuz reallaşsın.Bakı-Şamaxı yoluna ən azı 5 kilometrdən bir bir tualet tikmək məncə elə çətinbir iş deyil. Nə qədər davam edəcək əcdadlarımız kimi yarpağın, kağızın ümidinəqalıb o mübarək torpağı, ağac diblərini murdarlamağımız? Allah eləməsin, rayonagedəndə qarnın ağrıya, otur, dişini sıx, gözlə ki, ya Şamaxıya çatacaqsan, yada qarşına bir petrol məntəqəsi çıxacaq.

Bəs, hanıbizim mədəniyyətimiz? Hanı o mədəniyyətimizin evi?

TƏQVİM / ARXİV