adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Noyabr 2019 12:13
11948
MƏMLƏKƏT
A- A+

Xızıda polislər köməksiz qalan turistləri xilas edib

Dünən Xızı rayon ərazisinə yağan qar nəticəsində Rusiya Federasiyasından ölkəmizə istirahətə gələn turistlər çətinliklərlə üzləşiblər.

Daxili İşlər Nazirliyindən (DİN) Adalet.az-a verilən məlumata görə, "Hyundai” markalı avtomobilin sürücüsü qarlı yolda idarəetməni itirib. Nəticədə həmin nəqliyyat vasitəsi yol kənarına sürüşüb, maşında olan sürücü və sərnişinlər gecə vaxtı, şaxtalıhavada köməksiz vəziyyətdə qalıblar.

Hadisə ilə bağlı məlumat alanXızıRayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə köməklik ediblər. Avtomobil oradan çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib. Sürücü və sərnişinlər onları çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib.