adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Noyabr 2019 10:27
24862
ƏDƏBİYYAT
A- A+

BİRİNCİ DAŞ - Şahnaz Şahin yazır

Əslində tam başqa bir şey yazacaqdım,tam başqa... Nə bilim,məsələn,dəniz sahilində gördüyüm qağayılardan,onlara baxıb havalanan ümidlərdən,bu dəniz gözəllərinə xırda çörək parçaları tullayan uşaqlardan,o boyda sahilboyu genişliyində nisbətən gözdən uzaq yer taparaq bir-birinə qısılıb oturan və kim bilir nə xəyallar quran sevgililərdən... Lap kənd-kəsəkdən aralı düşdüyündənmi yerişini,duruşunu,uçuşunu yadırğayan boz qarğalardan..!.. Amma olmadı,yaza bilmədm...,Kaş FB-da "qurdalandığım” zamanı qarşıma çıxan bu video lentin ortasına bağmağımı heç toxundurmayaydım!

...Deyirəm tərkidunyalıq yəqin buna bənzər səbəblərdən yaranıb bəlkə..,insanlarda çatmayan nə varsa ,o təbiətdə var! Düzdür,insan təbiətin bir parçasıdır,amma yalnız bir parçası...Adam,insanlar tərəfindən anlaşılmayanda çəkilir özünə,ya da üz qoyur ana təbiətə! Necə deyərlər "Aşıq üz görən yerə..” Təbiət isə həmişə ona sahib çıxa bilir,çünki ürəyi genişdi,sevgisi boldu,paxıl deyil,daha çox "multikultural”dı.. Səni istədiyin qədər dinləməyə səbri çatır,dərindən duya bilir,anındaca əhvalına köklənir . Bir sözlə,dərddaşın olur sənin.. Bəs görən niyə Allahın ağıl,şüur,dərrakə verdiyi,hələ üstəlik beşi nəqd,bir-ikisi də bəsirət olmaqla duyğu üzvünə sahiblənən yaranış bunu edə bilmir!? Bəlkə bir çox "minimum”larımız kimi bunun da kökü gedib keçmişə çıxır?..

"Qızı olanı qırmızı çadıra,oğlu olanı ağ çadıra dəvət edən,oğlu-qızı olmayanı isə qara çadıra ...Qara qoçun ətindən qara qovurma bişirən,yeyərsə yesin,yeməzsə çıxıb getsin ..” deyə ayrı seçkilik etdiyimiz vaxtlara?...Ta qan düşmənçiliyinin başlandığı həmin eqo-ya..O boyda igidi, sanki başqa önə çəkiləsi keyfiyyətləri yoxmuş kimi təhqir edəsən,Tanrı qismətini başına qaxınc edib yarasına duz basasan,sonra da ondan narazı qalasan?!.. Başqa yöntəmi yox idimi ..? Əlbəttə vardı ! Amma içimizdəki şeytan buna imkan vermədi,heç indi də vermir.! Nə qədər ki,uşaqdır, irqindən,rəngindən ,dinindən asılı olmayaraq bir oyuncağı da paylaşa bilir,oynayır,birgə sevinir,xoşbəxtlik hissini yaşayır.. Elə ki,böyüdü,istəklər eqoya çevrilir! ..

Bir sinif yoldaşım vardı,digər oğlanla lap uşaqlıqdan bir yerdə böyümüşdülər,dost idilər,bir məktəbə getmiş,dərslərini də çox zaman birgə hazırlamışdılar. Orta məktəbi bitirəndən sonra dostlardan biri ali məktəbə qəbul oluna bilmədi . Əvəzində artıq tələbə olan oğlan,dostu ilə əlaqələrini yavaş-yavaş kəsdi...Bəli,səbəb sadə idi-o ,tələbə olmuşdu,şəhərdə oxuyurdu,ildə bir-iki dəfə kəndə tətilə gəlirdi...Bəh-bəh...,indi daha ali məktəb dostları vardı!...,acınacaqlıdırmı!?..

Hər insanın fərqli daxili enerji balansı vardır,və adam bunu xeyirə də xərcləyər,şərə də! İkinci artıq bədbəxtlik və faciə deməkdir..Necə ki,məişət əşyaları,məsələn gündəlik mətbəxdə istifadə etdiyimiz bıçaq! Baxır bu alət kimin əlindədir,hadisə də onunla sonuclanır.. Lap uşaqlıqdan aşılanır humanizm,yoldaşlıq,dostluq,qayğıkeşlik,sadiqlik,əl tutmaq,nəzakətli davranmaq,səxavətli olmaq,rəhimli,mərhəmətli,ədalətli olmaq, bağışlamağı bacarmaq...

Haşiyə: On bir yaşlı beşinci sinif şagirdi söz verib onlara gəlmədiyinə görə atası yaşda kişini yalançı adlandırır,ittiham edir,haqlıdır məncə,çünki deyir,bütün hallarda gələ bilməyəcəyini xəbər verməliydi! Çünki safdır,hələ nə görüb ki,həyatda!... Oxuduğu kitablardı,o da ki,həyatla daha uzlaşmır...

Hə,az qala yadımdan çıxacaqdı,o video lenti deyirəm e...Məni,planladığım yazılardan uzaq tutan,incidən,daha doğrusu ona yazılan şərhlər.. Hamımızın tanıdığı müğənnı qadın tutduğu cinayət tərkibli işin cəzasının bir hissəsini çəkib azadlığa çıxıb. Qalan hissəsi isə dövlətin humanizmi sayəsində əfv olunub! Adam sevinir,azadlığını qiymətləndirir,əzizlərinə qovuşub və bir məclis qurub istədiyi dostu,tanışı ilə baş-başa zaman keçirir.. Amma bu şadlıqdan pay götürənlər azdı,çox az! Qadınlar isə təəssüf ki,bu işdə əsas yeri tutur..Axı qadın anadır,o daha yumşaq,həlim olmalıdır,amma burda əksini görürük...İnsanlar daha aqressiv, ədalətsiz,qeyri-humasit tərəflərini nümayiş etdirmək üçün sanki yarışa qoşulublar,amma əslində məqsəd özlərini daha məsum,daha günahsız,saf göstərməkdir! ...Üç yüzə qədər rəy sahibi çox yüksək faizlə yalnız ittiham edir ! Amma xanım həbs olunanda "ufuldayanlar” daha çox idi..!

"Qara-qara dərd cücərir,

Ağappaq qumlar içindən.

Əcaib nüsxələr çıxır,

Allah,adamlar içindən..” Ş.Ş

Əslində etiraf etmək lazım idi,məsələn belə :

"Mən mələk deyiləm,adam,

Savabım,suçum yerində.

Mən də bacadan düşmüşəm,

Xoşbaxt günərin birində..”Ş.Ş

Amma etmədik...

...Deyirlər,heç kimi qınama,qınanarsan..,çünki taledən heç kim sığortalı deyil. Necə deyərlər,yuxarıya da,aşağıya da gedən yollar eynidir...! Ən tərbiyəli,ən sakit insan da lap heç nədən qatil ola bilər..Unutmayaq, "birinci daşı heç bir günahı olmayan adam atmalıdır”,varsa buyursun!

Yadıma lap bu yaxınlarda olmuş bir hadisə düşdü,deməli,kənddə yaşayan ailənin yeganə qız övladı ailə daxili səbəblər üzündən evdən qaçıb və Türkiyəyə getmişdi. Tək özü,heç kimlə deyil,başını götürüb və gedib! Əvvəlcə ağlayıb göz yaşı tökən ata qızın sorağını qardaş ölkədən alanda bir cümlə ilə qoydu "səmimiyətini” ortaya :-"Kaş özünü öldürmüş olaydı!! " Heyrətlə niyəsini soruşanda isə,öz eqosunun övladdan irəli çıxdığını gördük :"İndi mən el içinə necə çıxacam!? "...Vəssalam!

" Hər kəs dünyaya öz üçindən baxır...” ,Allah sənə rəhmət eləsin,Şopenhauer...