Əbülfət MƏDƏTOĞLU: MƏQAMLAR... YAŞAMLAR...

ƏBÜLFƏT MƏDƏTOĞLU
47507 | 2019-11-25 10:04

Xalqınyaddaşında, leksikonunda, elə həyatının özündə də qəribə məqamlar və qəribədeyimlər var. Çox maraqlıdır ki, bu qəribədeyimlərin, məqamların bəzən yeri görünür. Necə deyərlər, adamınburnunun ucu göynəyir onlar üçün. Elə ki, şahidi oldun, eşitdin, onda içinə birsərinlik dolur, rahatlanırsan. Sanki pörşələnən ürəyinə su səpilir...

Bax, bu mənadazaman-zaman işlədilən "hər ziyanda bir xeyir var” və yaxud "hər gecənin bir səhərivar” kimi fikirlər yuxun ərşə çəkiləndə,yerinə qor dolanda, ağrılar sinənə çöküb nəfəs almağa imkan verməyəndə daha çoxyerinə düşür. Ona görə də mən arxada qalan gecənin ağrı köynəyini əynimdənçıxarmaq üçün məhz dediyim məqamalara söykənməli oluram. Deməli, ağrılar içindəaçdığım səhər tibbin qanunlarına, tələblərinə tabe olmayan təyziqin əlindənyenicə yaxamı qurtarıb, yenicə özümə gəlmək istəyirdim ki, telefonuma zəng gəldi.Adətən sübh tezdən gələn zənglər adamda narahatçılıq yaradır. Amma mən adətetdiyim üçün tələsmədən telefonu açdım. Səs həm doğma, həm də yaxından gəlirdi.Elə birbaşa da səs sahibi dedi:

- Əbülfət, nətərsən?Mənəm ey, Zeynəbəm, yəqin tanıdın. Bilirsən ki, mən od-alovam da, mənim üçünzaman anlayışı yoxdu. Gələndə təyyarə biletimi ikibaşlı almışam. Bu günqayıdırma Moskvaya. Ona görə dedim heç olmasa səsini eşidim. Görüm necəsən?Uşaqlarda nə var, nə yox...

Bu, bizim qrupunən cılız, amma ən dəcəl Zeynəbi idi. Bu çəlimsiz qız dövlət universitetindəbirgə oxuduğumuz illərdə hamıya elə doğmalaşmışdı ki, hər kəs onu bacı bilirdivə hər kəs də onun nazı ilə oynayırdı. Uzun illərdi ki, Moskvada yaşayır. Hər gəlişindədə mütləq tələbə yoldaşlarını arayıb-axtarır. Təşəbbüs göstərir ki, bir yerəyığışaq. Amma dediyinə görə, bu dəfəki səfəri çox qısamüddətli olub. Ancaq hərkəslə telefonla danışıb. Və söz verib ki, Novruz bayramında gəlib hamımızı biryerə yığacaq...

Mən bu məqamıyazıma ona görə əlavə edirəm ki, gecənin ağrı-acısını səhərin bu cür xoşovqatıyla əritmək adama rahatlıq gətirir və özün də bilmədən xatirələrə qoşulubtələbəlik illərinə çıxıb gedirsən. O illərə ki, orda hər şey sənə doğma, hərşey sənə ümidverici və ən vacibi olduğu kimi görünürdü. Qurduğun xəyallar da,görüdüyün yuxular da, hətta arzuların özü də könül oxşayırdı. Adamı yaşamağa,sabahlara üz tutmağa həvəsləndirirdi. İndi isə...

Deməli,yaradılan ovqat istər-istəməz adamın işinə də, həyatına da təsir edir. Onu elə kökləyirki, elə bil Möhlət Müslümov tarını kökləyir. Və indi barmaqlar bir "Segah”başlayacaq. Sən də o "Segah”a qoşulub öz dünyanı gəzib dolaşacaqsan. Onda görəcəksənki:


Qopmuşam, külək əlində

Yarpağam,yarpğam, yarpaq...

Qoyma ayaqaltıolum –

Məni bağrına sıxyar, bax!


Gör necə ovulurruhum

Hər ögey baxışaltında...

Döyülmüş uşaq təkdurdum –

Qəm adlı yağışaltında...


Əlimi açdığımAllah,

Dilimin döndüyüadın...

Bu sevginiyaşamağa –

Məni səndoğmusan, Qadın!


Anladıqca Biri,Səni

Çəkilir gözümdəntor, bax...

Sevgisiz buraxmaməni –

Qucağın açıbdıtorpaq...


***

Mənim inancımagörə, heç nə təsadüfi deyil. İstər qarşılaşmaq, istər əlindəki nəyinsə düşübsınması, istər yolu keçəndə səni maşının vurması və s.və ilaxır. Mən inanıramki, hər şeyin kökündə bir səbəb var, bir cəzbetmə, bir cazibə qanunu var. Onagörə də kimsə mənə deyəndə ki, "müəllim,nə xoş təsadüf, görüşdük” mən nə onun dediyi "xoş” sözünə, nə də "təsadüf”sözünə önəm vermirəm. Birinci, mənimlə kiminsə görüşməsi mənə və yaxud ikinci tərəfəxoş ola bilər. Yəni burda hər kəs özü adından çıxış eləməlidir. İkincisi də bizəgər görüşmüşüksə, deməli, bu həyatımızın yazılı qanunlarından biridir. Və bizdə yazılmış həyatımızı yaşayırıq. Nə qədər iddialı olsaq da, hələ kiminsə Tanrı yazdığının dəyişdiyini görməmişəm,eşitməmişəm. Ona görə də bəxt, tale deyilənbizim ruhumuzun, həm də cismimizin köynəyidir. Biz də onun içərisindəyaşayırıq, gəzib dolanırıq. Bax, elə buanın özündə də , bilgisayarla üz-üzə dayandığım məqamda da, mən dediyim və iddiasını birmənalı qəbuletdiyim fikrin daşıyıcısıyam. Ən azından ona görə ki, bu yazı prosesində başverən hər bir olay bu və ya digər formada mənimlə, iş prosesimlə bağlı idi. Deməli,bu, bir tale yazısıdır və hətta o yazının elə bir nöqtəsidir ki, o, adama yüklənəndəiçindən sanki daş asılır, göyərməyən, qapqara bir daş. Çox şükür ki, o daşın səsini batıran gur, həzin,kövrək, necə deyərlər, bütün calarların toplusu olan bir səs hər an mənimlədir.Hətta:


Səsin səhərəkimi

Mənimləbaş-başaydı...

O səs mənimruhumu –

Ovutmağıbacardı...


Bir az laylabiçimli,

Bir az "Segah”ovqatlı...

"Tərəkəmə” içimi–

Səsdən qopuboynatdı...


Bir az yayzümzüməsi

Bir az payıznotları...

Səndə ilahi səsin–

Varmış bütün kodları...


Mən səsinə üzqoyub

Udmuşdum nəfəsimi...

Allahım, sən dəqoru –

Mənim səs qəfəsimi!..


Bu, əslində nədua deyil, nə yalvarış. Bu, sadəcə olaraq hər an mənimlə baş-başa olan bir səsinözəlliklərini etiraf etməkdi, dilə gətirməkdi. Mən də bunu etməyə çalışıram. Vətəbii ki, etirafı da özümün böyüklüyüm kimi yox, Allahımın önündə hər an dizçökməyə hazır bəndə kimi ifadə etməyə üstünlük verirəm. Axı, bütün bunların, osəsin də, sənin də, həyatımın da hər nöqtəsi, hər hüceyrəsi, hər anı Allahın mənəyazdığı taledir. Şükürlər olsun ki, o taleylə çıxdığım yol, yaşadığım həyat,yazdığım yazılar hələki bir-birindn qaçmayıb, bir-birini inkar etməyib. Necəvarsa, elə də yaşanır. Yəni mənim yaşadıqlarım mənim göy üzündə ssenarisiyazılıb çəkilmiş həyatımın bəndələr arasındakı yayımıdı. Baxan, seyr edən, izləyənbuna hansı qiyməti verirsə versin, mənim üçün çox da önəmli deyil. Ən zəruriolan odur ki, bir tale yazısı yuxularda da, xəyallarda da, elə reallıqda daüst-üstədir və öz-özünü təsdiq edir. Zənnimcə,bundan gözəl heç nə ola bilməz.

***

Yazımın əvvəlindəxalqın yaddaşına üz tutdum. Elə o yaddaşdan çıxış edərək bugünkü tale yazımınbir səhifəsinə diqqət yetirirəm. Əslində bu, diqqətdən daha çox həmin səhifənisu kimi içməkdir. Göz yaddaşına, ürəyəköçürməkdir. Deyə bilərsiniz ki, bunu niyə edirsən? Özün bildiyini yenidəntirajlamağın nə mənası var. Amma yox!..

Gəlin etiraf edəkki, təkrar etmək heç vaxt qüsur gətirmir.Söhbət burda öyrənmək məqsədli, yaşatmaq məqsədli təkrardan gedir,tutuquşu təkrarında yox. Bax, bu mənada mən göz yaddaşıma, ürəyimə köçürdüyüm həminsəhifə məhz Sənin adınla bağlıdır. Və mən də Sənin adınla bağlı olan mövcud və xəyali hər şeyə hər zaman həm biyətetmişəm, həm də ibadət.

İndi o dediyimduyğuların mən də yaratdığı assosiasiyanın özünü sanki güzgü də görürmüş kimi seyr edirəm.Hardasa, lap uzaqlarda ormanlar da var, çəmənlər də var, çiçəklər də var, lapelə yaxınlarda dibçəklər, xiyabanlar, parklar da var. Bu dediklərim olan yerdəmütləq arılar da, kəpənəklər də var. Hələ başqa böcəkləri demirəm. Və mən biranlıq düşünürəm ki, arılar, kəpənəklər o çiçəklərlə necə bir-birinə sarmaşıb,necə bir-birinə sığınıb nəfəs alırlar. Təbiətşünaslar bəlkə mənimlərazılaşmadılar. Amma mən şair xəyalımın gücünə söykənib deyirəm ki, arılar, kəpənəklərçiçəklərlə təmasda olanda onların ürəkləri bir vurur. Onlar həmin anda eyni cürnəfəs alıb, eyni halı yaşayırlar. Axı buonların Vüsal anıdır!..

Deyəsən bir azpoetik fikirlər, duyğular məniqanadlandırdı. Amma buna peşiman deyiləm. Ən azından ona görə ki:


Hər çiçəyin,

hər gülün

tumurcuq vaxtı,

sevgi taxtı

və bir də kəpənəyə,

arıya

qovuşmaq

vaxtı var

bu dünyada...

Hər bəndə,

hər inanc sahibi

Allahına

üz tutub,

əl açıb,

diz çökür,

ürəyini

ortaya tökür

dua zamanı,

ibadət məqamları...

Həm çiçəklər,

həm güllər,

həm arılar,

həm kəpənəklər,

deməli,

həm də bəndələr

öz baxtını,

öz taxtını şərəfləndirər

sevgisiylə,

duasıyla....

Və mən

belə anlarda

özümü

kəpənək də bilirəm,

arı da,

bəndə də...

Çünki məndə

Tanrıya,

onun verdiyisevgiyə,

yəni Sənə -

qovuşmaq

istəyi var,

tək qalmış

bir Bozqurd

ulamasıyla...


Hə, mən hərdənyolumu ibadətgahlardan, müqəddəs yerlərdən salıram. Məqsədim alnımı möhürəvurmaq deyil, sadəcə içimdə olan Allah sevgisini həmin o ocaqda Tanrı dərgahınabir az da yaxınlaşdırmaq istəyirəm. Bilmirəm, bu alınır, yoxsa alınmır... Lakinhansı ölkədə olmağımdan asılı olmayaraq, məbədə də gedirəm, kilsəyə də, məscidədə. Bunu hərəniz bir cürə yozacaqsınız.Buna şübhəm yoxdur! Amma bilin ki, mən Şeyx Sənan kimi çıxdığım bu yolda birAllahı tanıyırım, bir də sevgi dinini. İbadətim də Allaha və sevgiyədir! Kim mənimləhəmfikirdisə, ürəyində tək bir kəlmə desin:

- Amin! Allah qəbuletsin!

... Deməli,yazımın bu yerində millət vəkili, yazıçı-publisist Aqil Abbas otağa daxil oldu.Təbii ki, bizdə həm böyüyə, həm rəhbərə sevgi, sayğı milli dəyərdir. Və yaşda məndənbir neçə bayram böyük olan dəyərli qələm dostum Faiq Qismətoğlu hamıdan öncəyerindən qalxdı. Deyərsiniz bunun yazıya nə dəxli var?! Tələsməyin, mən indisizə izah edim:

- Birinci, ənböyük Allahdır! Sonra ağsaqqal! Və nəhayət, ən böyük Sevgidir – Allaha vəağsaqqala! Fərdi Sevgi isə hər kəsin öz sevdiyinədir! Deməli, bu fikirlərin dəyazıma dəxli var idi. Və nəhayət, mənim hər an, hər dəqiqə təkrarladığımsevgi... Onun da ünvanı Sənsən...

TƏQVİM / ARXİV