adalet.az header logo
  • Bakı 7°C
22 Noyabr 2019 17:45
16167
HADİSƏ
A- A+

Gürcüstandan qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə piyada idxal xətti ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, pul kisəsinin içərisində 2 ədəd "iPhone 11 64 GB" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.