adalet.az header logo
  • Bakı 7°C
22 Noyabr 2019 16:00
55805
İDMAN
A- A+

FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər

20-22 noyabr 2019-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının kişilər və qadınlar arasında "Açıq Bakı çempionatı” keçirilib.

Mərkəzdən Adalet.az-a verilən məlumata görə, yarışda 27 komandadan 230-dan çox idmançı mübarizəyə qoşulub. Çempionatda FHN-in İdman-sağlamlıq mərkəzinin komandası Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərib. FHN-in Mülki Müdafiə Qoşunlarının Komandanlığının N saylı hərbi hissəsinin əsgərləri 90 kq çəki dərəcələrində İbrahim Ağakişiyev qızıl medal, komandanın digər üzvü Seymur Soltanlı isə yarışın gümüş medalına layiq görülüb. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medallar təqdim olunub.

22 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları və məşqçini qəbul edərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.