adalet.az header logo
  • Bakı 7°C
22 Noyabr 2019 15:00
17223
HADİSƏ
A- A+

Külli miqdarda pulun ölkədən çıxarılmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (BGİ) əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Adalet.az -a verilən məlumata görə, Bakı-Urumçi aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı xarici valyutanı gömrük nəzarətinə təqdim, elektron və ya yazılı formada bəyan etmədən "Qırmızı kanal" buraxılış sistemindən istifadə edib. Lakin şəxsi əşyaları rentgen aparatından keçirilən zaman sərnişində gömrüyə bəyan olunmayan malların olması barədə əsaslı şübhə yaranıb. Bu səbəbdən də o, sorğu-sual edilib və üzərində 8000 ABŞ dolları pul vəsaiti olduğunu bildirib.

Şəxsi yoxlama zamanı vətəndaşın şalvarının, pencəyinin ciblərində və pul qabının içərisində, ümumilikdə 19500 ABŞ dolları aşkar edilib.