adalet.az header logo
  • Bakı 7°C
22 Noyabr 2019 14:33
28903
ŞOU-BİZNES
A- A+

Brilliant Dadaşova: “Qısqanc qayınana dünya görüşü dar olan adamdır”

Bu sözləri ARB TV-nin "Show News” verilişinin növbəti müsahibi Xalq artisti Brilliant Dadaşova səsləndirib.

Adalet.az xəbər verir ki, sevilən müğənni oğluna şou-biznesdən qız almayacağını, amma nənə olmağı ən böyük arzusu kimi dilə gətirib:"İndiki uşaqlar valideynlərini adla çağırırlar. Oğlum da məni adımla çağırır. İstəyərəm mənə nənə desinlər. Nənə sözü çox gözəldir. Oğluma şou-biznesdən qız almaram. Özüm sənətdəyəm heç vaxt şou göstərmirəm. Gəlinimin musiqiçi olmağını istəyərəm, amma şou mənlik deyil. Oğlum özü sevsə, sənət insanı ilə evlənməyini istəyərəm, amma şou yox. Onlar başqa təbiətli insanlardır. Akrobatik hərəkətlər mənlik deyil. Gündəm olmaq üçün heç bir hərəkətdən çəkinmirlər. Elə adam mənim gəlinim ola bilməz. Özüm kimi ciddi olmalıdır. Oğluma qarşı necəyəm, gələcək həyat yoldaşına qarşı da elə olacağam. İstəyərəm oğlumu sevsin, oğlum da onu bərk sevsin. Qısqanc qayınana dünya görüşü dar olan adamdır. Hələ gəlin namizəd yoxdur. Oğlum heç kimi bəyənmir”.


Əntiqə Rəşid