adalet.az header logo
  • Bakı 7°C
23 Noyabr 2019 10:08
41408
DÜNYA
A- A+

SƏUDİYYƏ ƏRƏBİSTANI TÜRKİYƏNİ SERİALLA VURMAĞA ÇALIŞIR

Artıq bu bir faktdır ki, türk serialları yaxşı mənada bütün dünyanı fəth edib. Hətta bəzi ölkələrin seriallarını vurub həmin ölkənin telekanallarından çıxarıb. Yadınızdadırsa, Rusiyada «Möhtəşəm yüz il»i qadağan etmişdilər. Amma xalq necə ayaqlanıb tələb etdisə, məcbur olub yenidən göstərməyə başladılar.

Sonr illər Osmanlı ilə bağlı çəkilən tarixi seriallar daha çox diqqət və maraq cəlb edir.

Bu günlərdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri türk seriallarının bu ölkədə göstərilməsinə qadağa qoyub. İndi hər iki ölkədə Səudiyyə Ərəbistanın NBC TV kanalında Osmanlı dövləti əleyhinə çəkilmiş bir serial yayıma başlayıb. Filmdə Osmanlılar qan içən və vəhşi kimi göstərilir.

Yəqin ki, bu serial ərəb ölkələrinin sərhədindən kənara çıxa bilməyəcək. Ən azı ona görə ki, onların qabiliyyəti türk seriallarından çox aşağı səviyyədə olacaq və dünyada maraq oyatmayacaq.

Onu da qeyd edək ki, Osmanlı imperatorluğu zamanında ərəb ölkələrində qurd quzu ilə otlayırdı. İndi isə bir-birinin qanına yerikləyirlər.