Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB Parlament Assambleyasının (PA) 50-ci yubiley sessiyasında iştirak edib.
Məclis Aparatından Adalet.az -a verilən məlumata görə, tədbiri acan qurumun Sədri, Rusiya Federasiyası Federasiya Məclisi Federal Şurasının Spikeri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley sessiyası münasibəti ilə təbrik edərək, onlara sessiyanın işində uğurlar arzuladı. Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirildi.
Sessiyada Normativ hüquqi aktlar, Parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması, MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxıldı. Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildirdilər.
Parlament nümayəndə heyətimizin Sankt-Peterburqa səfəri bu gün başa çatır.
Digər Xəbərlər
19 Mart 2024 10:16
Aqiyə Naxçıvanlı: “Bu il Novruzu Qarabağda və Şərqi Zəngəzurda bu torpaqların əsl sahibləri qarşılayır”
18 Mart 2024 20:00Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mart 2024 19:39Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var - Hikmət Hacıyev
18 Mart 2024 17:36"4 kənd təhvil verilməlidir" - Paşinyandan Əskipara sakinlərinə xəbərdarlıq
18 Mart 2024 16:03