Faiq QİSMƏTOĞLU: İT SƏDAQƏTİ...

FAİQ QİSMƏTOĞLU
45115 | 2019-11-23 10:09

... Ermənilər kəndəyaxınlaşırdılar və ermənilər kəndə yaxınlaşdıqca onların qorxusu bir az daartırdı. Güllələrin, topların və mərmilərin səsi bir az da bərkdən gəlirdi.Camaat da deyirdi ki, hələ ermənilər uzaqdadılar, Füzuliyə girməyiblər. Ammaermənilər Füzuliyə girmişdilər və yaxınlıqdakı kəndləri də artilleriya atəşinətuturdular. Hamı çalışırdı ki, arvad-uşağı, ev-eşikdəki mebelləri, yorğan-döşəyivə qapıdakı mal-qoyunu kənddən çıxarsın...

... Onların evləriikimərtəbəli idi və Bəhmənlidə ilk tikilən gözəl evlərdən biriydi. Və bu gözəlevə bir vaxtlar raykom katibi də baxmışdı, evin sahibinə demişdi ki, a kişi, buev deyil ey, dvoresdi. Vaşinqtondakı Ağ Evə oxşayır...

... Və evinsahibi də elə-belə kişi deyildi ha. Füzulinin, Bəhmənlinin sayılan, ağırtaxta,ağsaqqal kişilərindən biri olmuşdu. Qapısına kömək üçün, dilək üçün, pul üçünkim gəlmişdi hamısına əl tutmuşdu. Və əl tutduğuna görə dünyasını dəyişsə də, kəndcamaatı ona həmişə rəhmət oxuyurdu...

... Balacaoğlu çıxılmaz vəziyyətdə qalmışdı. Həyətəiri bir yük maşını gətirtmişdi. Və iri yük maşınına həm özünün, həm də böyükqardaşının mebellərini, avadanlıqlarını yığdırmışdı. Yük maşınının sürücüsü dəelə bil iynə üstündə oturmuşdu. Güllələrin səsindən bərk qorxuya düşmüşdü.Öz-özünə mızıldandı: "Əşi, beş-üç manata görə nə qələt eləyib gəldim. Onlarev-eşiyini çıxaracaqlar, mən də ürək-göbəyimi yeyəcəyəm?!”

... Sonra evsahibinin verəcəyi pulun miqdarını düşünəndə ürəyi sakitləşdi. Və dedi ki, əşi,pulu elə-belə qazanmırlar ha, pul qazanırsansa, onun qorxu-ürküsü də olur...

... Ev sahibi dəelə-belə pul vermirdi ha! 300 dollar pul basmışdı sürücünün cibinə. Ona görə dəsürücü düşündüklərini onların yanında dilinə gətirmirdi. Dilinə gətirərdi, evsahibindən acı cavab alardı...

... Axırıncı əşyalarıda yük maşınına yığdılar. Mebelləri ikinci mərtəbədən pilləkənlə yük maşınınadüşürəndə ev sahibinin maması oğlu Əhmədin qolunu qan apardı. Onun qolu mebelinharasınasa ilişmişdi. Əhməd də elə-belə oğlan deyildi. Ən ağır yükləriqaldırar, yoruldum belə deməzdi. Əhməd ömründə bu ağırlıqda yük qaldırmamışdı.Və Əhməd qorxunun, xofun içində də bu qədər olmamışdı. Amma o, dişi dodağını kəsə-kəsədayısı oğlunun ağır mebellərini ev sahibinin ortancıl oğlu ilə yük maşınınayığdılar. İki daşın arasında hardansa bintdən, yoddan tapıb onun yarasınısarıdılar...

... Həyətdə zəncirəbağlanmış itsə ara vermədən hürür, yazıq-yazıq sahibinə baxır və nəsə gözləyirdi.Sahibi bütün yükləri maşına yığandan sonra düşündü ki, iti zəncirdə qoyub getməkkişilikdən deyil. Çünki bu it düz beş il idi ki, onların qapısında zəncirəbağlanmışdı. Gecə vaxtı o zənciri açardılar və it də qapıda gəzib-dolaşardı...

...İtinqorxusundan bir kimsə o qapıya gələ bilməzdi. Gələn adam da dəmir qapınınarxasından ev sahibini səsləyər və ev sahibi çölə çıxıb iti zəncirə bağlayandansonra qapıya gələn həyətə keçərdi. Və bu it də elə-belə it deyildi. Körpəvaxtından onun sahibi bu küçüyü bir çobandan almışdı. Yəni bu it çoban itininbalasıydı. Özü də görkəmindən çoban itindən çox canavara bənzəyirdi...

... Adətən çobanitləri canavara da üstün gəlir. Və bu it də bir dəfə açıq olanda qapıya gəlmişcanavarla boğuşmuş və onu ağır yaralamışdı. Ağır yaralanmış canavar həyətdən10-15 metr kənarda al qanın içində ölü vəziyyətdə tapılmışdı. Kənd camaatı məəttəlqalmışdı ki, bu qapının iti canavarı öldürüb...

... Bir istədiiti zəncirdə qoysun. Amma itin yazıq baxışlarına və yalvarışlarına dözə bilmədi.Yavaş-yavaş itə yaxınlaşdı. İt onun əvvəl ayaqlarının altında uzandı, sonradilini çıxarıb ayaqqabılarını yaladı. Sonra şalvarını yaladı.... sonra daayaqlarını qaldırıb onun sinəsinə qoydu... Sanki hiss etmişdi ki, sahibi onuqoyub getmək istəyir. Bu anı görən sahibinin gözləri doldu və iti zəncirdənaçdı...

... Uzaqdanatılan mərmi həyətin kənarına düşdü. Bu mərmiyə kənd camaatı çoxdan alışmışdı.Həyətə düşən mərminin səsindən yük maşınının sürücüsü bərk qorxuya düşdü:

- Ay qardaş, gərəkmərmi başımıza düşə? Görmürsən, göydən od yağır? Sən də bu itin nazıylaoynayırsan, tərpən çıxaq da! Axı mənim evdə bir çətən külfətim var, qələt eləyibbura gəldim?!

Evin sahibi gözləridolmuş halda dilləndi:

- Görmürsən,yazıq it neyniyir?!

- A kişi, itibelə çox istəyirsən götür apar! Tay bizəvə ona niyə zülm eləyirsən?

- Hara aparımey, mən bədbəxt oğlu bədbəxt, buveş-vüşü harda yerləşdirəcəm? Yenə əlac qalır qardaşımın qayınatasıgilə. Gərəkbu qədər ayın-oyunu aparım Dəvəçiyə...

- Müəllim, sənAllah, bir az tez tərpən. Yoxsa biz də məhv olarıq, o itin də! Elə yaxşısıbudur aç zəncirdən burax, qoy hara istəyir getsin!..

... İt bu dəfəlap yazıq görkəm aldı. Zənciri açılandan sonra sahibinin ayaqlarını, əlləriniduz kimi yaladı. İt sahibinin əllərini, ayaqlarını duz kimi yaladıqca evsahibinin gözləri də dolurdu...

... İt yerdəuzanıb iki ayaqlarının arasından başını ev sahibinin ayağının üstünə qoydu. İtbaşını ev sahibinin ayaqlarını üstünə qoyanda bir az da sakitləşdi. İt sakitləşdi,ev sahibinin isə yenə gözləri doldu.

O, sürücüyə:

- Tərpən! –dedi. -İtə baxıb ürəyim partlayır...

... Sürücümaşının mühərrikini işə saldı. Maşın həyətdən çıxdı. Maşın getdi, it qaçdı. İtqaçdı, maşın getdi. Düz kəndin çıxacağına qədər it maşının dalınca qaçdı.Maşınınsa sürəti artmışdı...

... Və it gördüki, tay maşına çata bilmir, üç-dörd dəfə bərkdən zingildədi, üç-dörd dəfə bərkdənhürdü. Və it gördü ki, nə onun zingildəməyinə, nə də hürməyinə sahibi əhəmiyyətvermədi. Və o it yenidən sahibinin həyətinə qayıtdı...

... Düz altı aybu kənd erməni işğalında qaldı. Yəni 1993-cü ilin avqustundan 1994-cü ilinyanvarın 6-na qədər kənddə erməni qəsbkarları evləri yandırdılar, çox şeyləridarmadağın dağıtdılar. Füzulinin 22 kəndi işğaldan azad olunandan sonra sahibidə kənddəki evinə qayıtdı...

... Gəlib gördüki, qardaşının evini yandırıblar... gəlib gördü ki, dəmir darvazaları güllələrlədəlmə-deşik olub. İti səslədi. Nə itdən səs çıxdı, nə də güllələnmiş dəmirdarvazanı açmağa əli gəlmədi. Ancaq dəmir darvazanın arxasından görürdü ki, ikimərtəbəli ata evi yandırılmayıb...

... Güllələnmişdəmir darvazanı bütün qüvvəsini toplayıb geri itələdi. İrəli addım atmaq istəyəndəsanki bir qüvvə onu ayaqlarından yerə mıxladı. Tövlənin yaxınlığında itigördü. Amma it sağ deyildi. O itə o qədərgüllə vurmuşdular ki, hər tərəfi dəlmə-deşik olmuşdu... o itə nə zülm eləmişdilər,onu nə günə qoymuşdular; bunu bir o it bilirdi, bir o zülmü eləyənlər, bir dəgöydə Allah! Gəlib itin yanında dayandı. Onun ayaqlarını, əllərini yalamasıyadına düşdü. Yadına düşdü ki, bu it heç də adi it deyilmiş. Və bu itinsanlardan sədaqətliymiş. Hamı evdən, eşikdən çıxıb getsə də, o it həyətdəqalmış, qapıya silahlı erməniləri buraxmamışdı. Yalnız iti öldürəndən sonraonlar həyətə girmiş və qardaşının evini yandırmışdılar.

... O çoban iti,o canavara bənzər iti tanıyanlar deyirlər ki, vallah, biz belə it görməmişdik.Kənddə başqa itlər də vardı. O itlərin çoxu həyət-bacadan çıxıb getmişdi. Ammabu çoban iti son ana qədər, son nəfəsinə qədər sahibinin qapısında qalmışdı,düşməni ora buraxmamışdı. Və o çoban iti öz sədaqətiylə öz sahibinə olansevgisiylə bax beləcə yadda qalmışdı. Yadda qalan həm də insanların it qədərbir-birinə sədaqəti olmamasıydı. O it, o çoban iti heç kimdən, heç nədənqorxmadan güllənin üstünə getdi. Öldü, ancaq o qapıya, o sahibinə sədaqətliqaldı...


TƏQVİM / ARXİV