adalet.az header logo
  • Bakı 7°C
22 Noyabr 2019 12:23
53981
ŞOU-BİZNES
A- A+

“Pozğun müğənnilər” yenidən gündəmdə

Oxucularımızın yadındadırsa, bu ilin may ayında "5/5" verlişində meyxanaçı Aqşin Fateh kifayət qədər sərt açıqlamalar səsələndirdi və bəzi müğənniləri "pozğun” adlandırdı.

Adalet.az bildirir ki, həmin vaxt meyxanaçının sözü verilişin digər qonağı Nazəninin ürəyincə olmadı. Müğənni Aqşinə"Amma mən razılaşmıram Aşqinlə. Çünki hələ Aqşinə çox tezdir müğənnilər haqda belə danışmaq. Çünki o qədər dəyərli sənətkarlarımız var ki, onlar bizə baxırlar"ifadələri ilə reaksiya vermişdi..

A.Fateh xanım müğənninin reaksiyasından sonra fikirlərini dahada əsaslandıraraq yeni bir qalmaqalın təməlini qoymuşdu:

"Mən gördüklərimi deyirəm, hazırki durumdan danışıram. Müğənnilərin 85 faizi evlərini, yeməklərini, bağlarını, maşınlarını qoyub ortalığa reklam edir. Nə acı, nə hamiləni, nə kasıbı, nə aşağı səviyyədə yaşayan insanları nəzərə almır ki, mən özümü bu gün göstərirəm, kimsə baxar deyər ki, bəxtəvər bunun başına. Elə pozğun müğənnilər də var ki, onların lüks maşınları, evləri, geyimləri, şəraitlərini görən körpələr deyirlər ki, deməli, mən bu maşını sürmək üçün, bu evdə yaşamaq üçün onun kimi olmalıyam. Yəni, çoxları baxır onlara ibrət götürür".

Meyxanaçıya Nazənin xanımdan sonra müğənni Afət Fərmanqızı da sosial şəbəkədə avtomobili ilə fotosunu paylaşaraq etiraz etdi:"Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev necə alıbsa, o cür almışam. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, onları pozğun adlandırırlar. Yəqin pozğunluqda olanda yanında aparıblar, sizi. Bəzi üzdəniraq şou nümayəndələri peyda olub.Hünəri çatırsa, ad çəksin. Mən də ad çəkməmişəm, sözü atdım, yiyəsi götürsün".

Müğənni Afətin bu açıqlamasından sonra əsəblər gərildi, münasibətlər pozuldu. Meyxanaçı ilə, müğənni arasında böyük bir qalmaqal yaşandı. Bir müddət sonra hər şey unuduldu, münasibətlər düzəldi... Amma...

Ötən gün "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” verilişində müğənni Günel Ələkbərova meyxanaçı Aqşin Fatehin "müğənnilər pozğundurlar” sözlərinə cavab verərək, "köhnə mövzu”nu yenidən gündəmə gətirib:

"Bəlkə, o, hamıya şamil etməyib? Qardaş, hamı pozğundursa, xoşuna gəlmir, oxuma. Niyə oxuyursan? Bəyənmirsənsə, oxuma, qurban olum. Sən necə? Bir qabdan çörək yeyirsən, sən də buradan pul qazanırsan, bəyənmədiyin digərləri də. İstər-istəməz digərləri ilə üzbəüz gəlirsən, bir masa arxasında oturursan. Kim nə deyir, özü üçün desin”.

Müğənni Günelin bu acıqlamasından sonra yəqin ki, Aqşin məsələyə münasibətini bildirəcək. Güman ki, yeni bir qalmaqalın təməli qoyulacaq. Yenilikləri bizdən izləyin...


Əntiqə Rəşid