“9 ayda 690 milyon manatdan artıq vəsait ödətdirilib” - Nazir
Məhkəmə qərarlarının icrası sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsi işlənib hazırlanıb.
Bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.
Nazir bildirib ki, dövlət başçısının iqtisadi müşavirədə bankların iqtisadi artımın maliyyələşməsində fəal iştirakı ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələrə dair bank sektoru ilə Ədliyyə Nazirliyində "dəyirmi masa” keçirilərək bankların hüquqlarının məhkəmə müdafiəsi və icra sahəsində problemlər müzakirə olunub, birgə işçi qrupları yaradılaraq mövcud və qarşıya çıxan məsələlərin operativ həlli ilə bağlı tədbirlər görülür.
F.Məmmədovun sözlərinə görə, 2019-cu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir:
"Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlər üzrə bu ilin 9 ayı ərzində 430 cinayət işinin istintaqı tamamlanıb və həmin işlər üzrə fiziki və hüquqi şəxslərə vurulan ziyanın yarıdan çoxu ödətdirilib".(azvision.az)
Digər Xəbərlər
15 Mart 2024 11:48
Baş Prokurorluq bələdiyyə torpaqları ilə bağlı vətəndaşlara müraciət etdi
14 Mart 2024 13:16Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı YENİ QƏRAR
13 Mart 2024 18:00Baş Prokurorluq bələdiyyə torpağını mülkiyyətə və icarəyə götürmək istəyənlərə müraciət etdi
12 Mart 2024 18:41Ali Məhkəmədən əmlak bölünməsi ilə bağlı mübahisələrə dair QƏRAR
12 Mart 2024 16:22