DSX Bolqarıstan DİN-lə əməkdaşlıq edəcək
Noyabrın 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanda səfərdə olan Bolqarıstanın Daxili İşlər naziri Mladen Marinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
DSX-nın mətbuat mərkəzindən Adalet.az -a verilən məlumata görə, DSX-nın Aparatında təntənəli mərasimlə qarşılanan Bolqarıstanın Daxili İşlər Naziri rəsmi protokola uyğun olaraq "Fəxri qonaq kitabı”nda ürək sözlərini yazıb.
Geniş tərkibdə keçirilmiş görüşdə DSX-nın rəisi tərəfindən Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub, transsərhəd cinayətkarlıqla mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparıb, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizənin aparılması, sərhəd mühafizəsi və nəzarəti sahəsində praktiki fəaliyyətlərin, aidiyyəti sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi daxil olmaqla sərhəd əməkdaşlığının inkişaf etdirilməsinin Azərbaycanla Bolqarıstan arasında mövcud münasibətlərə əhəmiyyətli töhfə verə biləcəyini vurğulayıblar.
Görüş çərçivəsində "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Digər Xəbərlər
18 Mart 2024 20:00
Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mart 2024 19:39Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var - Hikmət Hacıyev
18 Mart 2024 17:36"4 kənd təhvil verilməlidir" - Paşinyandan Əskipara sakinlərinə xəbərdarlıq
18 Mart 2024 16:03Azərbaycan Prezidenti: Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır
18 Mart 2024 15:55