adalet.az header logo
  • Bakı 7°C
22 Noyabr 2019 10:05
41203
DÜNYA
A- A+

Putin Quba yəhudisini mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda anadan olmuş yəhudi əsilli German Zaxaryaevi "Dostluq" ordeni ilə təltif edib.

Azvision.azRusiya mətbuatına istinadən xəbər verir ki, Zaxaryaev Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. O, Dağ Yəhudilərinə Dəstək Regional İctimai Xeyriyyə Fondunun – "STMEGI" prezidentidir.

Qeyd edək ki, Vladimir Putin dünən axşam bir sıra siyasi və ictimai xadimlərə, görkəmli sənətkarlara, idmançılara, ruhanilərə ordenlər təqdim edib.