adalet.az header logo
  • Bakı 7°C
21 Noyabr 2019 15:24
20831
ŞOU-BİZNES
A- A+

Namiq Qaraçuxurlu: “ Köln şəhərinə köçmək...”

"Evlilik məni çox dəyişib. İlk növbədə əvvəllər hansısa addımı atırdımsa, artıq bunu etmirəm. Maddi baxımdan artıq özünü fikirləşməyə başlayırsan. Adını daha çox qorumağa başlayırsan”.

Adalet.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu İTV-də yayımlanan "Fatehin divanı” proqramında deyib.

O, Almaniyaya köçmək arzusundan söz açıb:

"Ən sevdiyim ölkə Almaniyadır. Köln şəhərində olmuşam. Bir ara ora köçmək istəyirdim. Getdim 15 gün bir evdə qaldım ki, görüm sakin kimi yaşaya bilirəm? Gördüm ki, mən gələndə o alqış, hörmət olmayacaq. Ona görə də, fikrimdən daşındım”.


Əntiqə Rəşid