adalet.az header logo
  • Bakı 7°C
21 Noyabr 2019 14:52
74010
MƏDƏNİYYƏT
A- A+

Mədəniyyət oğruları, sərvət talancıları...

Özünəməxsus tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi olmayan toplumlardan biri -qonşu ermənilər uzun illər başqa xalqların, o cümlədən Azərbaycan xalqının mədəni sərvətlərini, dəyərlərini mənimsəyərək adlarına çıxmış, beynəlxalq aləmdə özlərini "köklü”, qədim xalq olaraq tanıtmağa müyəssər olmuşlar.

Adalet.az bildirir ki, xalqımızın mədəni inciləri hesab edilən "Vağzalı”, "Yallı”, "Üzundərə”, "Mirzeyi”, "Qazağı”, "Tərəkəmə” kimi oyun havalarını, "Sarı gəlin” "Xan bacı”, "Dəli Ceyran” kimi Azərbaycan xalq mahnılarını erməni musiqisi kimi öz adlarına çıxarmağa, "Əsli və Kərəm”, "Məlikməmməd” və digər dastan və nağıllarımızı, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan”, "O olmasın, bu olsun” operettalarının, "Koroğlu” operasının müəyyən hissələrini erməni nümunələri kimi təqdim etməyə çalışıblar. Bizim əsrarəngiz mahnı və müsiqilərimizlə müxtəlif festival və yarışmalarda müəyyən mənada uğurlar da qazanıblar. Bu "uğurlardan” bəhrələnən , ilhamlanan ermənilər daha sıx-sıx oğurluqlarını davam etdiriblər.

Son zamanlar ard-arda mahnı oğurluğu davam etdirilir. Yadınızdadırsa, Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur "Vokaliz” mahnısını erməni müğənnisi Siruşo (Siranuş Harutyunyan) "Yurmala” festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim etdi. Daha sonra bəstəkar Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur "Tut ağacı” , Əməkdar artist Lalə Məmmədovanın məşhur "Məktəb illəri”, Əlixan Səmədovun balabanda ifa etdiyi bir çox məşhur mahnıları, ( "Sən gəlməz oldun”u Civan Qasparyan balabanda ifa edib), türk mahnısı kimi tanınan"Ninnə yarım” mahnısı ermənilər tərəfindən ifa edilərək, onlara məxsus mahnı kimi təqdim olundu. Bu mahnını erməniləşdirərək oxuyan Spitaklı Hayko Tiqran Osetriyanla birlikdə Zeynəb Xanlarovanın repertuarından olan məşhur "Sən Müşfiqin yanında qal” mahnısını oğurlayaraq, internet resuslarında öz adlarına çıxartmışdılar.

Ötən gün muğam ifaçısı Eldəniz Məmmədov daha bir mahnı oğurluğu haqqında məlumat verib. Müğənni bildirib ki, bu artıq ermənilərin oğurladığı ikinci mahnıdı:” Bundan öncə"Qoca dağlar” mahnısınıoxumuşdular. O zaman musiqiyə tanınmasın deyəmüəyyən əlavələr etmişdilər. Amma bu dəfə musiqidə heç bir dəyişiklik etməyiblər.Vardan Yeghiazaryan adlı erməni müğənni 2010-cu ildə oxuduğum "Gözünə qurban” mahnımı oğurlayıb. Mahnının sözləri Oqtay Kamilə, sözləri isə Tunar Rəhmanoğluya aiddir”.

İfaçı açıqlamasında "Gözünə qurban”ı ifa edən müğənninin səsi biz tərəflərə oxşayır,bəlkə də, Qarabağ ermənilərindəndir-deyə vurğulayıb .

Yeri gəlmişkən qeyd edək ki, ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu "Yerevan” mahnı-himninə gəldikdə isə, mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı "Arşın mal alan” operettasından "Əsgərin mahnısı”nın eynisidir.

Bir sözlə, yaranışdan oğru doğulmuş erməni qonşularımız məşhur "Arşın mal alan” filmində Məşədi İbad demiş, bir növü adətkarda olublar.Gözləyək görək, növbəti mahnını kimdən oğurlayacaqlar.


Əntiqə Rəşid