HƏMSƏDRLƏR, ALLAH ATALARINIZIN YANINDA YATANLARA RƏHMƏT ELƏSİN
Paşinyan dalbadal Dağlıq Qarabağın Azərbaycanın tabeliyində olmayacağı ilə bağlı bəyanatlar verir. Keçmiş prezident Sərkisyan da elə bu günlərdə Vyanada qətiyyətlə bildirdi ki, Dağlıq Qarabağ Ermənistandır. Və heç vaxt Azərbaycanın olmayacaq, müharibə yolu da yoxdu. Zatulin də ağzına gələni yeyir. Lavrov da qəttəzə bir xalq yaradır – «Qarabağ xalqı».
Siz isə ağzınıza su alıb susursunuz. Ümumiyyətlə, siz nəyə dərmansız?
Ağabəy Əsgərov çox vaxtında və düz bir söz demişdi sizin haqqınızda: «İmpotent ATƏT».
ATƏT-in Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək missiyasına son qoymağa gecikirik.
«26-lar» filmində belə bir yer var filmin sonunda:
«Sonra gec olacaq!»
Və süngünü soxur Ataman Biçeraxovun qarnına.
Demirəm biz ATƏT-in həmsədrlərini süngüləyək, amma dallarına yaxşı bir təpik vurmaq pis olmazdı.
Və sonda. Başlıq sizi çaşdırmasın. Ağdamlılar sarsaq adamlara belə alqış edərdilər.