adalet.az header logo
  • Bakı 13°C
22 Noyabr 2019 09:43
10586
GÜNDƏM
A- A+

«VERTOLYOT DUMANA DÜŞÜB, DAĞA DƏYİB»

1992-ci il 20 noyabr. Prezident Ayaz Mütəllibovun dövlət televiziyası və dövlət informasiya agentliyi belə bir rəsmi məlumatı yaymışdı. Mətbuatda baxıram Ayaz Mütəllibov noyabrın 20-də «dumana düşüb, dağa dəyən» vertolyotda şəhid olanların məzarlarını ziyarət edib.

1992-ci il fevral ayının 27-də də prezident Ayaz Mütəllibovun dövlət televiziyası və dövlət informasiya agentliyi belə bir rəsmi məlumat yaymışdı ki, ermənilər Xocalıya hücum edib və 2 nəfər dinc sakin ölüb.

Moskva mətbuatına da müsahibəsində Xocalı soyqırımının səbəbkarı kimi Xalq Cəbhəsini ittiham etmişdi.

Paşinyan da Milanda Ata Abdullayevə cavab verəndə Mütəllibovun həmin müsahibəsindən sitat gətirmişdi.

Nə isə… Məsələ məlum olduğu üçün üstü basdırılsın.