Həyatda öz ayaqlarım üstdə durmağı avtobusda, metroda öyrənmişəm - Eminquey yazır - AVTOBUSDAN REPORTAJ

EMİNQUEY AKİF
56067 | 2019-11-22 09:16

Göydənromantika tökülür şırhaşır. Avtobusun tutacağından gah yapışıram, gah daburaxıram. Kefimdən buraxmıram, basabasdı. Yox, basabasdan da ötə bir durumdu.Arxamda, önümdə duran adamlar məni hər tərəfdən sıxmasalar çətin tutacaqdanyapışmamış ayaq üstə dura bilim. Hətta bəzən avtobusda heç bir yerdən tutmadanayaq üstə qalmağı da məşq eləmişəm. Alındırmışam da, alındırmamışam da. Sürücülərimizində hamısı ayaq oynaqlarında yığılan duzdan əziyyət çəkirlər (Allahdan şəfa diləyirəm),hər gün avtobusun qaz və əyləc pedallarına möhkəm basmaqla ayaqlarınınduzlarını əridirlər. Sizə bir sirr açım, mən həyatda öz ayaqlarım üstdə durmağıavtobusda, metroda öyrənmişəm.

Arxamdakıadam düşdü, elə sevinirdim ki, rahatlığa çıxmışam, bir oğlan və bir qız arxamdadayandılar. Elə hər şey də bundan sonra başladı.

Arxamdadayanan bu qızla oğlan dayanmadan, yorulmadan söhbət edirlər. O qədər mövzuyatoxunurlar ki, yaddaşımın gücü çatmır saxlamağa. Amma siz qızla oğlanındialoqlarında "c” və "ç”ları xüsusilə yadda saxlayın.

Qız: Bu sürücüyə bax də, yer yoxdu də, bu qədəradamı niyə yığersan bu avtobusa?

Oğlan: Sus, ay qız, biz də bu basabasa minmişüy də.Minmiyeydüy?

Qız: Yox e, onnar minməsinnər.

Biraz keçir.Söz yox ki, bu keçən birazda bunlar yenə vır-vır danışmaqlarındadırlar. Sürücüqəfil tozmoz verir.

Qız: Vəhşidi e, vəhşi. İndi səsimi atacam e başma.

Oğlan: Biabır eləmə məni.

Çöldəkisoyuq qarşımda axıracan açıq olan pəncərədən artıq üzümü göynətməyə başladı.Əlimi uzadıb bağladım.

Biraz keçir.Söz yox ki, bu keçən birazda bunlar yenə vır-vır danışmaqlarındadırlar.

Qız: O pəncərəni kim bağladı e, ürəyim bulanır mənim.Aç onu. Bu saat qusacam bura.

Oğlanın əliqulağımın dibindən keçib pəncərəni bağlayır. Mənim sifətimin ağız anlarıbaşlayır.

Qız pıçıltıilə:

- Adamlar da qoyundular e, görürsüz basabasdıminmiyin də. Beynim çönür də özüm ölüm.

Oğlan: Ay qız, demədim sus? Bu saat dava salıceysən.

Əsəbimdəndodaqlarımı gəmirirəm. İradəli ol, az qalıb, muradına çatacaqsan, düşəcəksən buqarmaşalıqdan canın qurtaracaq.

Şəms Təbrizininsözləri yadıma düşür - murad iradəni tanıyır, amma iradə muradı tanımaz.Zalımın oğlu, özündən fəlsəfə icad edincə, ta keçib, get iradəni də muradla tanışelə, evlənsinlər də.

Qulağımqarşımdakı, pəncərənin altındakı arxa-qabaq oturan iki qadının söhbətinətuşlanır.

- Ağız, baxdun dünən Xoşqədəmə?

- Nolub ki?

- Bir qız çıxmışdı 22 yaşında. Qucağında körpə.

- Hmm.

- Ərinnən boşanmağ istiyirdi.

- Hmm.

- Əri də utanmır, durub gəlib verlişə.

- Booo...

- Ağız, bu hələ harasıdı ki?! Sən demə, bu qızınikinci əridü.

Qadın uca səslə:

- Allah sən saxla!

Sürücü təsadüfən dillənir:Saxlamışdım da, düşərdiz də!!!

Bu ikixalanın söhbətini eşidə-eşidə düşünürəm.

İç səsim: İnsan yəni bu qədər məqsədsiz, mənasız ola bilərki, bir dəfə gəldiyi dünyada amalı, hədəfi ancaq evlənmək ola? 22 yaşın var, nəharaydı? Bir dəfə evlənib boşansaydın, dərd yarı, ikincidi e, ikinci. Qucağındada beş-altı aylıq körpə. Bu məcburiyyət hardan doğur? İnsan niyə bu qədər mənasızlaşabilir? İnsan niyə elə zənn edir ki, evlənməsə xoşbəxt ola bilməz?

Bütün busuallar çaparaq keçir ağlımdan.

Avtobusdaboşluq yaranır. Oturmağa yer tapıram. Əyləşib yenə öz düşüncələrimə qapılıram.Çap olunacaq kitabım haqqında düşünürəm. Kitabımın hələ çap prosesi başlamayıb,artıq xəyalımda satışdan qazanacağım pulla evi təmir elətdirmişəm, qonaqlıqvermişəm, anama qəşəng geyimlər, maşın, ev, təyyarə, Mayamidə yay evi almışam,hətta evlənmişəm də, üstəgəl artıq uşağımın gələcəyi üçün də pul atmışam arxaya.

Bu xam xəyallardanavtobusun yenə qəfil tormozlanıb dayanmasına ayılıram.

Bir kök qadınözünü sağa-sola vura-vura, zıqqana-zıqqana axır ki, minir avtobusa. Minən kimiqadının üzündə təəccüb və sevinc əl-ələ verir.

- Bıy, Suğra, necəsən?

Suğra əliyləyanındakı boş yeri göstərir, "gəl otur” deyir.

Aha, yenidialoqumuz yetişir.

Bu iki qadınhal-əhvallaşandan sonra qəfil mövzu necə gəlib sünnətə çıxır, bilmirəm.

Suğra:

- Nəvəmin də sünnət toyu oldu axı. Dəvət eləmişdiysəni də, nöş gəlmədin?

- İnan Allaha...

Qadın Allahainan bəndəyə oxşayır, yoxsa bir sünnət üçün bu boyda vur-çatlasın nəyə lazım?

- ... Bakıda döyüldük. Qaynənəmin ilinə getmişdiy.

- Bıy hə, Allah rəhmət eləsin. Vaxt necə tez keçire deyirəm.

- Hə, valla. Toy necə keşdi?

- Belə dəəə. Pis döyüldü.

Qəfildən iç səsim araya girir:

- İnsan niyəöz oğlunun sünnətini belə təmtəraqla qeyd eləsin ki? Yəni nə üçün də? Hə? Nəvəminkinikəsdirmişik, durun gəlin yeyib-içib oynayın? Niyə? Adi əməliyyatdı da. Ümumiyyətlə, qohum-əqrəbalara– xalaya, bibiyə, bəyin dostlarına, kürəkənə mahnı oxuyan Əflatun Qubadov nə əcəbsünnət olunanlara aid mahnı oxumur? Axı sünnət toyunda "bəyin dostları”nıoynamaq olmur...

Tısss!

Xutorda düşənlər,tələsin! Tələsin!

Evimizəçatdım. Avtobusdan düşürəm.

Çox nigaranqaldım, görəsən, Suğra xalagil sünnət toyunda ziyana düşməyiblər?!


TƏQVİM / ARXİV