adalet.az header logo
  • Bakı 7°C
21 Noyabr 2019 12:38
86206
HÜQUQ
A- A+

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşuldu

Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə,qapalı keçirilən prosesdə bildirilib ki, Akif Çovdarovun ailə üzvləri yeni müdafiəçi - vəkil Nəriman Əliyevlə müqavilə bağlayıb.

Vəkil cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə də proses noyabrın 28-nə keçirilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il azadlıqdan məhrum edilib, əmlakının əksəriyyəti müsadirə edilib və rütbəsinin alınması üçün təqdimat verilib.

Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apellyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib.

A.Çovdarov apellyasiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini geri götürsə də, oktyabr ayında yenidən Ali Məhkəməyə müraciət edib.