adalet.az header logo
  • Bakı 6°C
21 Noyabr 2019 11:05
39622
MARAQLI
A- A+

“Telegram”ın yaradıcısı “WhatsApp”ı telefondan silməyi məsləhət gördü

"Telegram”ın yaradıcısı Pavel Durov öz "Telegram” kanalında "WhatsApp” istifadəçilərinə müraciət edib.

Onun sözlərinə görə, "WhatsApp” tətbiqinəinki istifadəçilərinməlumat təhlükəsizliyini təmin etmir, eyni zamanda, onların şəkillərindən və mesajlaşmalarından da istifadə edir.

O qeyd edib ki, tətbiqin zəif tərəfləri istifadəçilərin şəxsi məlumatlarını hakerlərə və dövlət qurumlarına bəlli edir:

"Hakerlərin bir video göndərməsibütün məlumatlarınızı əldə etmələrinə kifayət edir. Əgər siz bir günşəkillərinizin və şəxsi məlumatlarınızın bütün ictimaiyyətin görməsini istəmirsinizsə, telefonunuzdan bu tətbiqi silin”, - deyə o xəbərdarlıq edib.