adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Noyabr 2019 11:01
25660
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DAN ÜZÜNÜN İSTƏYİ

Qopmuşam, külək əlində
Yarpağam, yarpağam, yarpaq...
Qoyma ayaqaltı olum -
Sıx məni bağrına yar, bax...

Gör necə ovulur ruhum
Hər ögey baxış altında...
Döyülmüş uşaq tək durdum -
Qəm adlı yağış altında...

Əlimi açdığım Allah,
Dilimin döndüyü adın...
Bu sevgini yaşamağa -
Məni sən doğmusan, QADIN!

Anladıqca BİRİ , səni
Çəkilir gözümdən tor, bax...
Sevgisiz buraxma məni, -
Qucağın açıbdı torpaq...