adalet.az header logo
  • Bakı 7°C
21 Noyabr 2019 10:39
9526
GÜNDƏM
A- A+

Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılır

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməlləri ilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.

Bakı Şəhər Baş Baş Polis Mətbuat Xidmətindən Adalet.az -a verilən məlumata görə, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkədə aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.