adalet.az header logo
  • Bakı 7°C
21 Noyabr 2019 10:13
7832
HADİSƏ
A- A+

Bakıda bir qadın və iki uşaq dəm qazından zəhərlənib

Bakıda dəm qazından zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dəm qazından zəhərlənmə barədə çağırış Təcili Tibbi Yardıma saat 00:34-də daxil olub.

Bildirilib ki, Nəsimi rayonu Cavadxan küç, mənzil 30 dan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.