adalet.az header logo
  • Bakı 7°C
22 Noyabr 2019 10:19
27312
MƏMLƏKƏT
A- A+

MİRZƏ CƏLİLİN HEYKƏLİ «SAHİL BAĞI»NDA QOYULMALIDI

Hörmətli Anar müəllim deyib ki, Mirzə Cəlilin heykəli «Sabir bağı»nda qoyulsun. Və neçə gündür heykəlin harda qoyulması ilə bağlı mətbuatda müzakirələr gedir. Təbii ki, hərə də bir yer göstərir.

Əvvəla, «Sabir bağı»nda Mirzə Cəlilə heykəl qoymaq üçün yer yoxdu. Onda həmin bağ kommunal evə çevrilər. Yəqin hörmətli Anar müəllim Sabirlə Mirzə Cəlili bir yerdə görmək istəyir. Və onu da qeyd edək ki, Mirzə Cəlilin ən böyük əsərlərindən biri elə Sabirdi.

Mirzə Cəlilin heykəli üçün çox gözəl bir yer var. O da Yazıçılar İttifaqının önündəki «Sahil bağı»dı.

Həm Yazıçılar İttifaqının önüdü, həm də şəhərin ən gözəl və görkəmli yerlərindən biridi, geniş də əraziyə malikdi. Eyni zamanda bağın adını dəyişib «Mirzə Cəlil bağı» da adlandırmaq olar. Necə ki Cavidin heykəli olan bağ «Cavid bağı» adlanır.