adalet.az header logo
  • Bakı 20°C
21 Noyabr 2019 09:49
59732
İDMAN
A- A+

«SƏN ŞƏRƏFİNİ ƏLİNCƏDƏ QOYDUN»

«Nəsimi» filmində çox qəribə bir epizod var, Əmir Teymur oğlu Miranşahı alçatdığı səhnədə Miranşah yalvarır:«Ata, mənim şərəfim…».

Əmir Teymur deyir:

- Sən şərəfini Əlincədə qoydun.

Milli komandamızın baş məşqçisi Yurçeviç Slovakiya ilə oyundan qabaq mətbuat konfransında demişdi ki, bu oyun bizim üçün şərəf işidir.

Yurçeviç! Sən şərəfini Xorvatiyada qoydun, Macarıstanda qoydun, Uelsdə qoydun, üç dəfə də «Bakcell arena»da və axırıncı dəfə də Slovakiyada qoydun.