adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Bəxtəvərlər heyvanlara da pensiya kəsir – Yılmaz Özdil

31279 | 2019-11-22 09:30

Məsələn, Danimarkada.

Keçən ay Məclisdə penisya mövzusunda qərara gəldilər.

Danimarka höküməti sirkdə işləyən 4 filə pensiya verdi.

Ramboline, Lara, Djunga və Jenny adlı əməkdar fillər üçün artıq işləməsinlər deyə işlədikləri sirkə 1,6 milyon yevro təzminat ödənildi

Pensiyaya çıxdığı dövrləri ləzzətlə yaşamaqları üçün Knuthenborq parkına yerləşdirildilər.

Bir də dəvəni pensiyaya göndərdilər.

Çünki Ramboline adlı fillə Ali adlı dəvə ta 2010-cu ilindən etibarən eyni sirkdə işləyirdilər. Çox yaxşı dost idilər, yedikləri, içdikləri də birgə idi.

Zooloqlar xəbərdarlıq etdi.

Fillə dəvəni ayırmaq onların psixolojiyasına pis təsir edə bilər.

Buna görə hökümət dəvə üçün də sirkə təzminat ödədi və dəvəni pensiyaya göndərdi. Onu da fillərlə birgə parka yerləşdirdilər.

Danimarka baş naziri Məclis kürsüsünə çıxdı, bu pensiya məsələsiylə əlaqəli məlumat verdi, millət vəkilləri də təsdiqlədi.

Yenə Danimarka...

Beynəlxalq razılıqlara görə məcbur qalıb Suriyalı qaçqınlara adambaşına 21 min dollar ödəyib geri qaytarır.

Dinamarkada dərəbəylik deyil deyə ölkəyə qaçaq girən bir nəfər də Suriyalı yoxdu.

Məcburiyyətdən rəsmi qəbul edilmiş Suriyalı sayı isə cəmi-cümü 900 nəfərdir. Hətta onları da ölkədə saxlamaq istəmir.

Təklif edir ki, gölkənə qayıdırsansa 21 min dollar ödəyirəm.

Bunun tətbiqinə bu il başladı və 900 adamın yarısını geri göndərdi.

Adambaşına 21 min dollar qapan suriyalılar Suriyayamı gedir, yoxsa arxa qapıdan Türkiyəyə girib dükanmı açır, orası Danimarkanı maraqlandırmır. Əsas Danimarkadan getməkləridir.


Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV