adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Noyabr 2019 12:08
78582
MƏDƏNİYYƏT
A- A+

İntiqam Kərimovdan “Klassik assorti”

Azərbaycanın estrada və opera müğənnisi İntiqam Kərimov ötən gün Beynəlxalq Muğam Mərkəzində "Klassik assorti” adlı solo konserti keçirildi.

Estrada sənətinin inkişafında, təbliğində böyük rolu və töhfələri olan müğənni bildirib ki, bu konsert 60 illik yubileyinə və səhnə fəaliyyətinin 42 illiyinə həsr olunub.

Adalet.az-ın məlumatına görə, tədbirdə sənətcinin tələbələri, mədəniyyət və incəsənət xadimləri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər. Tanınmış müğənninin Azərbaycanın və dünya estrada mahnılarından seçmələri tamaşacıların ürəyincə olub.

Qeyd edək ki, İntiqam Kərimov1959-cu il oktyabr ayının 17-də Qaxşəhərində anadan 1977-ci ildə Qax şəhər 1 nömrəli orta məktəbinin bitirib.1978-1980-cı illərdə Sovet ordusunda hərbi xidmətdə Kiyev hərbi dairəsinin qırmızı əmək bayrağı ordenli nəfəs alətləri orkestrinin və mahnı və rəqs ansamblının eyni zamanda Gümüş qanadlar vokal instrumental ansamblının solisti olub.1980-1984-cü illər Varnonej filormoniyası estrada simfonik orkestrinin solisti olub.1982-ci ildə Ümumrusiya Gənc estrada müğənniləri müsabiqəsində ll yeri tutub. 1984-90-cı illərdəHacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini əla qiymətlərlə başa vurub.1985-ci ildəMoskvadakeçirilən gənclər və tələbələrin 12-ci Ümumdünya festivalının laureatı olub.1987-ci ildə 20-30 iyul tarixlərində Moskvada keçirilən Böyük Oktyabr İnqilabının 70 illiyinə həsr olunmuş ll Ümumittifaq teatr yaradıcılığı festivalının laureatı olub.1989-cu ildə Bakı keçirilən"Qızıl Payız"pop musiqisi müsabiqəsinin laureatı olub.1987-ci ildən 2001-ci ilədəkŞövkət Məmmədovaadına opera studiyasının 1-ci kateqoriyalı solisti işləyib.Həmin müddət ərzindəÜzeyir Hacıbəyovun"Arşın mal alan"musiqili komediyasında Əsgər və Vəli obrazlarını,Fikrət Əmirovun"Sevil"operasında Balaş obrazını,Sergey Raxmaninovun"Aleko"operasında Gənc qaraçı obrazını,Cüzeppe Verdinin"Trubadur"operasında Manriko obrazını dəfələrlə ifa etmişdir. Eyni zamandaAzərbaycan Dövlət Musiqili Teatrında"Çiqan Prinyer"tamaşasında Laçi obrazını oynamışdır. Onlarla italyan,rus,Azərbaycan operalarından ariaların ifaçısıdır. Cox sayda Neopolitan,Rus,Azərbaycan xalq mahnilarının ifaçısıdır.Azərbaycanrayonlarında keçirilmiş dövlət tədbirlərində mütəmadi olaraq iştirakçıdır.Həmin konsertləriAzərbaycan Televiziyası,Azad Azərbaycan TV,Lider TVmütəmadiolaraq işıqlandırmışdır. İdman və Gənclər Nazirliyinin rayonlarda və hərbi hissələrdə təşkil etdiyi demək olar ki,bütün konsertlərin iştirakçısı olmuşdur və buna görə İdman və Gənclər NaziriAzad Rəhimovtərəfindən xüsusi diplomla təltif olunmuşdur.1999-cu ildəAzərbaycan Dövlət Televiziyasındahəyata keçirilən"Sport-Fayt"musiqili-əyləncəli idman proqramının müəllifi və aparıcısı olmuşdur.2007-ci ildəXəzər TV-də təşkil olunmuş"Star və Sən"verilişinin müəllifi və rəhbəri olunmuşdur. 200-ə qədər mahnının ifaçısıdır. 40-a qədər mahnının ilk ifaçısıdır.23 mahnının müəllifidir.Azərbaycanın rayonlarında,Mahnı teatrında,Gənc Tamaşaçılar teatrında dəfələrlə solo konsertlərlə çıxış etmişdir. Bu gün Azərbaycan estrada səhnəsində oxuyan onlarla tanınmış estrada müğənnisinin müəllimidir.Azərbaycan televiziyalarında 12 klipi yayımlanmışdır. Hal-hazırdaAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəestrada sənəti fakültəsində gənclərimizə klassik və estrada vokalının dərinliklərini öyrədir.

Əntiqə Rəşid