adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Noyabr 2019 10:38
15597
GÜNDƏM
A- A+

Prezidentin açılışını etdiyi stansiya nə vaxtdan fəaliyyətə başlayır?

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının sakinlərin istifadəsinə veriləcəyi vaxt açıqlanıb.

"Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan BayramovaOxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, stansiyanın noyabrın 25-dən vətəndaşların ixtiyarına verilməsi nəzərdə tutulub.

QSC rəsmisi qeyd edib ki, qatarların hərkət qrafikində dəyişiklikbarədə ictimaiyyətə əvvəlcədənməlumat veriləcək.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Sabunçu-Pirşağı xəttinin açılış mərasimində iştirak edib.