adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Noyabr 2019 10:32
25767
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: PIÇILTI...

Mənim bildiyim bir yol var
Orada sağ, nə də sol var...
Səssizcə hörülüb qollar -
Qız belinə...

Gör necə əzizdi xətri
Olubdu göy özü çətri...
Hopubdu Cənnətin ətri -
Qız telinə...

Bir imana, bir də dinə
Yaylaq yeri - yurddu sinə...
Nə qədər düşsəm də yenə -
Qız "selinə"...

Dərd dibi çıxıb qazmağa
Tanrım sap gəzir asmağa...
Verib , cəzamı yazmağa -
Qız əlinə...

Burda kimsə həyan olmur
Ha alışıb. ha yan, olmur!
Mən çəkənlər əyan olmur-
Qız, elinə!