adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Noyabr 2019 10:19
19040
GÜNDƏM
A- A+

Qarakənd səmasında qırılan ömür

Vətən uğrunda şəhid olmuş Müstəqil Azərbaycan Respublikasının Baş Prokuroru general İsmət İsmayıl oğlu Qayıbovun əziz xatirəsinə

Sovet İmperiyasının tarixi zərurətdən doğan süqutunun, SSRİ xalqlarının Müstəqillik uğrundaki mübarizəsinin, azadlıq"arzularının qarşısını almaq məqsədi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 80-cı illərin axırlarında qanlı təxribat planları hazırlamışdır. Əsas hədəf isə Pribaltika, Moldova,Gürcüstan, Gazaxıstan və Azəbaycan Respublikası idi.

SSRİ kimi nəhənq imperiyanın təməlini sarsıdan Qarabağ hadisələri əslində uzun illərdən bəri erməni daşnaklarının "Dənizdən Dənizə” Xülyasının başlanğıcı idi. Yüz ilə yaxın bir müddətdə Rus İmperiyasının yardımı ilə Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirən Ermənlərin, Qarabağı ələ keçirməsi üçün də münasib vaxt yetişmişdir. Moskvada ermənlərin dikdəsi ilə hazırlanmış təxribat planına uyğun olaraq Azərbaycanda Milli zəmində ixtişaşlar törədilməli və bu, Azərbaycanın Qarabağ bölgəsindən azərbaycanlıların kütləvi şəkildə çıxarılması üçün zəmin olmalı idi.

1988-ci ilin fevral ayında Sumqayıtda təşkil edilən kütləvi ixtişaşlar məhz buna xidmət edirdi.
İxtişaşlarda erməni əsilli Qrigoryanm öz millətindən olan 5 nəfər qadın qətlə yetirməsi, hadisələrin hansı ssenari əsasında qetdiyinin əyani göstəricisi idi.

20 yanvar 1990-cı il qanlı faciəsi Azərbaycan xalqının haqlı etirazlarına, çökməkdə olan ermənipərəst imperiyanın irticaçı xislətinin təzahürü idi.

Əliyalın, köməksiz Azərbaycanın radiodalğaları vurulmuş, televiziya bloku partladılmış, yüzlərlə zirehli texnikayla: tanklarla, toplarla günahsız insanları amansızcasına qətlə yetirmişdir.
Bu çətin günlərdə Azərbaycanın taleyini düşünən, onu fəlakətlərin qirdabından xilas etmək istəyən görkəmli dövlət xadimlərindən biri Respublikanın Baş Prokuroru İsmət Qayıbov idi. O dövr bu qeyrətli vətən oğlunun ermənlərə qarşı tutduğu prinsipial, barışmaz mövqeyi hamımız yaxşı xatırlayırıq.

Bütün təzyiqlərə baxmayaraq İsmət Qayıbovun erməni quldurlarına açıq məhkəməsi, oxuduğu ittiham aktı hamının ürəyindən idi.

İnsanlar bu qorxmaz vətən oğlunun cəsarətinə heyran olur, onunla qürur hissi duyurdular.



İsmət Qayıbov, Məhəmməd Əsədov tandemi ermənilərin canına lərzə salmışdı. Onlar bu qorxmaz, cəsur sərkərdələrin simasında Azərbaycan xalqının gücünü, güdrətini , xarakterini görür, şələ-şülələrini yığışdırıb qaçmaq istəyirdilər.

İsmət Qayıbov yüksək mənəviyyatı, prinsipiallığı, xeyrxahlığı, cəsurluğu, vətən sevqisi ilə hüquqmühafizə işçilərinin hər birinə nümunə idi.

Azərbaycanın suverenliyini, sərhədlərinin toxunulmazlığını, vətəndaşlarının təhlükəsizliyini əldə əsas tutan qeneral İsmət Qayıbov qanunun bütün gücündən istifadə edib Azərbaycanın bu savaşda haqlı olduğunu sübut etmək istəyirdi. O, bütün tədbirlərdə fəal iştirak edir, hüquqmühafizə orqanlarının hər bir işçisindən vətənin bu çətin günlərində səfərbər olmağı tələb edirdi.

Xeyrxahlıq rəmzi olan bu parlaq şəxsiyyətin ən yüksək amalı ədalətli, obyektiv olmaq, cinayət etmiş insanları təkcə cəzalandırmaq yox, onların islah olunmalarına, sağlam şəkildə cəmiyyətə qayıtmalarına zəmin yaratmaq idi.

Elə bu ərəfədə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə Respublika Baş Prokurorluğu yanında Qarabağ üzrə birgə istinaq-əməliyyat qrupu (BİƏQ) yaradılması barədə qərar qəbul edildi.
Azərbaycan Respublikasının Baş Prokuroru general İsmət Qayıbovun əmri ilə yaxşı istintaqçı, bacarıqlı krimnalist təcrübəli əməliyyat işçilərindən ibarət əməliyyat-istintaq qrupu yaradıldı və qrupa geniş səlahiyyətlər verildi.

Birgə istintaq-əməliyyat qrupunun tərkibinə daimi fəaliyyət göstərən 30 nəfər Prokurorluq orqanları müstəntiqləri, iki aydan bir əvəz edilməklə 30 nəfər polis orqanları müstəntiqləri, 5 nəfər Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları, hər ay əvəz eilməklə 30 nəfər əməliyyatçı və 13 nəfər texniki işçi daxil edildi.

Yeni yaradılmış qrup İsmət Qayıbovun göstərişi ilə silah, nəqliyyat, lazımi texniki vasitələrlə təchiz edilməklə Şuşa şəhərində yerləşdirildi.

Qrupun üzvlərinə həm Şuşada həm də Xankəndidə vilayət Prokurorluğunun yerləşdiyi binada xidməti otaq ayrılmışdır.

Qrupun üzvləri, İsmət Qayıbovun tapşırığı ilə xüsusi əhəmiyyətli məlumatları təcili olaraq şəxsən Baş prokurora çatdırırdı. Məsələnin ciddiliyi birdə onda özünü göstərirdi ki, 95 nəfərdən ibarət müstəntiq və əməliyyatçılardan ibarət qrupa şəxsən İsmət Qayıbov rəhbərlik edirdi.

Qrupun üzvləri vilayətdə cərəyan edən hadisələri operativ şəkildə təhlil edir, vaxtaşırı Baş Prokuror İsmət Qayıbovu məlumatlandırırdı. Onlar gündəlik gərgin, çətin işiylə subut etdi ki, İsmət müəllim öz seçimində yanılmamışdı.

Həqiqətən də qrupun üzvləri üzərinə düşən məsuliyyəti dərindən dərk edərək öz vəzifə borclarını şərəflə yerinə yetirirdi. Bir qayda olaraq, hadisə yerlərinin müayinəsində iştirak edir, müstəntiqlərdən də işin peşəkarcasına aparılması tələb edilirdi.

Bu çətin, məsuliyyətli işlər ancaq İsmət Qayıbovun gündəlik qayğısı və göstərişləri əsasında həyata keçirilirdi.

O, Xankəndidə yerləşən SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının şəxsi heyətinin böyük hissəsinin ermənilərdən ibarət olduğunu, SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının yerli əhali arasında Milli Ədavətin qızışdırılniasında, azərbaycanlıların vilayətdən zorla qovulmasında əsas rol oynadığını bildirmişdi. Həmçinin o da qeyd edilmişdir ki, azərbaycanlıların Qarabağdan deportasiyası əsasən Arkadi Volskinin rəhbərliyi ilə SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının təhriki ilə guya azərbaycanlıların kütləvi qətlinə yol verməmək adı altında təcili həyata keçirilmişdi. Təkcə Xankəndinin əsasən azərbaycanlılar yaşayan evlərdən 12 min həmvətənimiz çıxarılmış, onların əmlakı qarət edilmiş, vəhşicəsinə yandırılmışdı.

Məhz bədnam Volskinin fəaliyyətdə olduğu dövrdə azərbaycanlıların vilayətdən zorla çıxarılması faktı üzrə SSRİ Daxili İşlər Nazirliyinin Dağlıq Qarabağa ezam olunmuş 40 nəfər müstəntiqi tərəfindən üç il (1988-1990)

254 cinayət işi başlanmış və bu işlər üzrə bütün cinayətkarlar bəlli olsa da ermənilərin bir nəfəri belə məsuliyyətə cəlb olunmamışdır.

Bütün bunlar Dağlıq Qarabağ hadisələrinin arxasında kimlərin diyandığını açıq-aşkar göstərirdi, ermənipərəst Qorbaçovun təhriki ilə DQMV-nin Azərbaycandan zorla ayrılaraq Ermənistanın tərkibinə birləşdirilməsi siyəsətinin tərkib hissəsini azərbaycanlıların Qarabağdan bütünlüklə köçürülməsi təşkil etmişdir.

Beləliklə, soyqrım törədən erməni cəlladlarının qarşını «almaq» adı altında, əslində Volskinin "xeyir-duası" ilə, 40 nəfərlik istintaq qrupunun müstəntiqlərinin də SSRİ DİN-nin daxili qoşunlarının şəxsi heyəti ilə birlikdə açıq-aşkar azərbaycanlıların əleyhinə fəaliyyət göstərmələri təkzibedilməz faktlarla sübuta yetirilməsi xüsusi qeyd edilməlidir.

Ona görə də, Qeneral ismət Qayıbov həmin cinayət işlərinin mütləq qaydada alınaraq BİƏQ-un icraatında istintaqın davam etdirilməsini özünün ən ümdə vəzifəsi kimi qəbul etmişdir.
Həqiqətən də 20 noyabr 1991 -ci il tarixdə baş vermiş vertolyot qəzasına qədər BİƏQ-in fəaliyyəti barədə, şəxsən İsmət Qayıbovdan başqa heç kimə, heç bir məlumat verilməmişdir.

Bundan əlavə, Şuşa həbsxanasının mühafizəsini qanunsuz olaraq həyata keçirən SSRİ DİN-in nəzarətçilərinin həm erməni dustaqları ilə erməni polisi arasında mütəmadi əlaqə yaratmaları, həm də əməkdaşlarımıza həbsxanada istintaq-əməliyyat tədbirlərinin aparılmasına icazə verilməməsi barədə də ətraflı məlumat verilmişdir.

Heç şübhəsiz, Şuşa həbsxanasının mühafizəsinin qanunsuz olaraq, Azərbaycandan alınaraq SSRİ daxili qoşunlarının səlahiyyətinə verilməsinə nail olmuş ermənipərəst qüvvələrə Qorbaçov havadarlıq edirdi.
Şuşa həbsxanasına nəzarətin Azərbaycana qaytarılması nəticəsində Qarabağda azərbaycanlılara qarşı törədilmiş bütün soyqrım faktlarının açılmasına və həmin vəhşilikləri törətmiş erməni vandallarının məsuliyyətə cəlb ediləməsinə real şərait yaranmış olurdu.

Belə imkanın Azərbaycana verilməsinin qarşını almaq məqsədilə Qorbaçova arxalanan ermənipərəst qüvvələr İsmət Qayıbova çox ciddi müqavimət göstərirdi.

İsmət Qayıbov SSRİ DİN-in daxili qoşunlarının rəhbərliyi tərəfindən bu fakta yol verilməsinin həm çox ciddi qanun pozuntusu, həm də Azərbaycan tərəfin mövqeyinə açıq xəyanət olması barədə SSRİ prokurorluğuna rəsmi olaraq etirazını

bildirmişdir, həm SSRİ DİN əməkdaşlarının mühafizədən kənarlaşdırılması, həm də istintaq qrupundakı, icrası qanunsuz olaraq dayandırılmış, 254 cinayət işinin BİƏQ-ə verilməsi barədə Azərbaycanın qanuni tələbi olmasını Moskvaya dəfələrlə bildirmişdi.

Nəticə etibarı ilə İsmət Qayıbovun səyi nəticəsində məsələ müsbət həll edilərək həm Şuşa həbsxanasının mühafizəsi bizim səlahiyyətimizə qaytarılmış, həm də həmin cinayət işləri BİƏQ-in icraatına verilmişdir.


Cinayət işləri BlƏQ-un sərəncamına (icraatına) daxil olan kimi İsmət müəllim işlərin sonrakı istintaqının təşkili barədə məsləhətlər vermiş və istintaq zamanı hər hansı ekspertizanın keçirilməsinə zərurət yarandıqda, müvafiq ekspertin göndərilməsi üçün, dərhal ona məlumat verilməsini tapşırmışdır.
BİƏQ-un işi çoxşaxəli və müstəsna dərəcədə mürəkkəb olmuşdur. Onun üzərinə ilk növbədə əməkdaşların məişət məsələlərinin həlli, müstəntiqlərin, əməliyyatçıların işlərinin təşkili, onların DQMV-nin rayonları üzrə qruplara bölünməsi, həm qrupların tərkiblərini və onlara ən peşəkar şərti rəhbərlərin müəyyən edilməsi vəzifəsi düşürdü.

Eyni zamanda qrupun vəzifəsinə həm də kriminalistlərin, məhkəmə-tibb və məhkəmə-psixiatrik ekspertlərin işinin effektli təşkili, istintaq və əməliyyat fəaliyyətinə nəzarət, dəftərxana və uçot işlərinin həlli, ittihamnamiələrin öyrənilərək təsdiq edilməsi, Şuşa həbsxanasının fəaliyyətinə nəzarət, Polyaniçkonun təklifi ilə həbsdə olan ermənilərin ailəlrinin həftədə iki dəfə Xankəndidə qəbulu, Xankəndidə, Ağdamda və Xocalıda keçirilən inzibati orqan əməkdaşları ilə Daxili qoşunların rəhbərlərinn birgə iclaslarında iştirak etmə və s.daxil idi.

Bunlardan əlavə, əsas vəzifə olaraq, hadisə yerilərinin dəqiq müayinəsi üçün ora gedəcək qrupun təhlükəsizliyi və müşayyət edilməsinin həlli üçün, SSRİ DİN-in daxili qoşunlarının rayonlar üzrə komendantları ilə əlaqə yaratmaq, Vilayətin rayonlarının azərbaycanlılar yaşayan kənd və qəsəbələrdəki azərbaycanlı polis əməkdaşları ilə görüşlər keçirmək, onlardan məlumatlar almaq, onları təlimatlandırmaqla yanaşı, eyni zamanda Şuşa həbsxanasının kurasiyası də qrupa həvalə edilmişdir.
Mən 1988-cı ilin fevralından, yəni SSRİ DTK-nin ermənilərin vastəsi ilə təşkil etdiyi Sumqayıt hadisələrindən sonra, DİN-in əməkdaşı olaraq, vəzifəmin icrası ilə əlaqədər DQMV-nin butun şəhər, qsəbə və kəndilərində yerli polislərlə birlikdə pofilaktik tədbirlər həyata keçirirdim.
Tam neytral mövqedə olmalı olan SSRİ-nin güc strukturlarının əksər əməkdaşları açıq-aşkar separatçı ermənilərin antiazərbaycan əməllərini və vəhşiliklərini müdafiə edirdilər.
Şuşa həbsxanasında belə şəraitin mövcudluğu ermənilərin törətdikləri cinayətlərin açılmasını qəsdən çətinləşdirir, eyni zamanda, erməni separatçı-terrorçu qüvvələrin xalqımıza qarşı törətdikləri cinayətlərin ört- basdır edilməsinə şərait yaradırdı.

1991 -ci ilin aprel-may aylarında keçirilən pasport rejiminin yoxlanması zamanı 530 nəfər erməni inzibati xəta törətməkdə təqsirli bilinərək Şuşa həbsxanasına yerləşdirilmiş və onlar ilkin olaraq müxtəlif müddətlərə inzibati qaydada həbs edilmişlər.

Təkcə onu demək kifayətdir ki, Şuşa həbsxanasındaki erməni terrorçularının müdafiəsi üçün 10-12 xarici ölkədən, o cümlədən ABŞ-dan, Fransadan, İngiltərədən, Almaniyadan, Rusiyadan və digər ölkələrdən gələn vəkillər, əllərində onlarla erməni terrorçularının siyahısı ilə onların müdafiəsinin təmin olunmasını tələb edirdilər.

Lakin, müdafiə üçün belə yanaşmanın prosessual qanunlara zidd olması motivi ilə onlara belə imkanın verilməsinin istisna olunmasını bildirdikdə onlar SSRİ Baş prokurorluğu vasitəsi ilə, məhdud çərçivədə də olsa, həm az sayda, həm də erməniləri müdafiə edə bilirdilər.

Həmin cinayət işlərində Dağlıq Qarabağdan zorla qovulmuş, evləri yandırılmış, əmlakları talan edilmiş, qohumları, tanışları onların gözü qarşısında vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların ifadələrinin öyrənilməsi və təhlili nəticəsində adları cinayət işlərində keçən. 200-ə qədər erməni cinayətkar, Şuşa həbsxanasında saxlanan inzibati qaydada həbs edilmiş ermənilərin arasında aşkar edilərək zərərşəkmişlərə tanınmaya təqdim edilmiş, cinayət əməlləri tam sübuta yetirilərək barələrindəki cinayət işləri ittihamnamələrlə məhkəmələrdə baxılaraq
müvafiq hökmlər çıxarılmışdır.

İstintaq qrupunun üzvləri həyatlarının real təhlükədə olmasına baxmayaraq, əsl qəhrəmanlıq göstərərək, 1991 -ci ilin 9-10 ayı ərzində, ermənilərin yaşadıqları kənd və qəsəbələrdə istintaq-əməliyyat tədbirləri həyata keçirmiş Qarabağda və onun ətraf rayonlarında erməni terrorçuları tərəfindən 1988-1992-ci ilin fevral ayının əvvələrinə qədər törədilmiş bütün cinayətlərin açılmasına nail olmuşlar.
Bu müddət ərzində 150-yə qədər cinayət işi üzrə tərtib olunmuş ittihamnamələr təsdiq edərək məhkəmələrə göndərilmiş və bu işlər üzrə, müvafiq ittiham hökmləri çıxarılmışdır.
Əməliyyat-istintaq Qrupunun fəaliyyətinin yeganə təşəbbüskarı və təşkilatçısı İsmət Qayıbovun rəhbərliyi və qayğısı nəticəsində yuxarıda qeyd edilən işlər həyata keçirilmişdir.
Bütün bunlarla bərabər, İsmət Qayıbov, həyatını təhlükəyə ataraq, dəfələrlə özü Şuşa şəhərinə gəlmiş, şəhərin rəhbərliyi ilə görüşlər keçirmiş, həm də əməliyyat-istintaq qrupunun iş fəaliyyətini əhatə edən bütün məsələlər üzrə köməklik göstərmiş və öz məsləhətlərini vermişdir.

Sonrakı yazılarımızda həm İsmət Qayıbovun, həm də əməliyyat- istintaq qrupun əməkdaşlarının Qəhrəmanlıqları barədə geniş məlumat verəcəyik. Mən bu yazıları ona görə yazıram ki, bizim Zəngəzurumuz, Göyçə mahalımız, Dilican dərəmiz, Göyçə gölümüzü, cənnət Qarabağımızı qaytaracaq oğullarımızı İsmət kimi olmağa səsləyirəm.

İnanıram ki, İsmət Qayıbovun əziz xatirəsi nəsillərimiz üçün örnək olaraq qalacaq və o, canın qurban verdiyi Qarabağ torpağı erməni faşistlərdən azad edilən vaxt onun əziz xatirəsi bir daha hörmətlə yad ediləcəkdir.

Qarabağımız düşmən tapdağından qəhrəman oğullarımızın sayəsində azad olacaq!
Allah rəhmət eləsin, qəbri nurla dolsun.