adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Noyabr 2019 10:17
14954
GÜNDƏM
A- A+

Vilayət Eyvazovdan qərar - Nazir müavinləri qarşısında yeni tələb qoyuldu

"Törədilmiş vəhazırlanan cinayətlər vəhadisələr barədəməlumatların qəbulu, qeydiyyatı vəbaxılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərarla təlimata 3.2-2-ci bəndəlavəolunub.

Yeni bənddə göstərilib ki, cinayət barədə"102” xidməti-zəng mərkəzi sisteminəməlumat verən şəxsin ilkinərizəsinin alınması üçünərazi polis qurumuna dəvət edilməsi qadağandır.

Lakin hadisəyerinəbaxışın keçirilməsinə, müraciət edən vədigər şəxslərdən dərhal izahatların alınmasına zərurət olmadığı hallar istisna təşkil edir.

Həmin məlumat üzrəəməliyyat-istintaq qrupu hadisəyerinədərhal çıxır vəmüraciət edən şəxsin məlumatınaəsasən yerində(hadisəyerində, yaşadığı vəya olduğu ünvanda) şifahiərizəprotokolu tərtib olunur.

Şəxs yazılı müraciət etmək istədikdəərizəsi alınır. Şəxs məlumat verməkdən vəərizəyazmaqdan imtina etdikdəbu barədəprotokol tərtib olunur. Həmin protokolda şəxsin məlumat verməkdən vəərizəyazmaqdan imtinasının səbəbləri haqqında qeyd aparılır. Protokol onu tərtib edən vəməlumat verən şəxslər tərəfindən imzalanır. Bununla bağlı orqan rəhbərinin adına raport yazılır. Raport vəprotokol araşdırma materialınaəlavəolunur.

Yalnız hadisəbarədəverilmiş məlumatın (cinayət xarakterli olmayan) xarakterindən asılı olaraq orqan rəisinin (olmadıqda məsul növbətçinin) göstərişiəsasında aidiyyəti ünvana polis sahərəisi (inspektoru), post-patrul, yol-patrul xidməti naryadları,əməliyyat müvəkkili vəya digər struktur qurumlarınəməkdaşları göndərilir.

Qərarın icrasına nəzarət müvafiq sahəyəkuratorluğu həyata keçirən nazir müavinlərinəhəvaləolunub.

Qərar noyabrın 13-dən qüvvəyə minib.