adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Noyabr 2019 17:12
76749
TEXNOLOGİYA
A- A+

“Azercell”in Rominqi millər qazandırır

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün "Azercell Telekom” MMC öz xidmətlərini təkmilləşdirməyə və ən son dünya trendlərinə uyğun məhsullarla istifadəçilərini sevindirməyə davam edir.

Ölkəninrəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell, Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankla birgə reallaşdırdığı kampaniya vasitəsilə abunəçilərinə Rominq xidməti çərçivəsində əlavə millər qazanmaq imkan yaradır. Belə ki, cari ilin noyabr ayının 1-dən 2020-ci il, yanvar ayının 31-dək PAŞA Bankın "Miles&Smiles” kartının sahibi olanAzercell abunəçiləri Rominq xidməti çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 AZN-ə görə 5 mil əldə edəcəklər.

Həmçinin 2020-ci il, yanvar ayının 31-dək Azercell-in Rominq İnternet Paketlərindən birini aktivləşdirən abunəçilər səfər zamanı WhatsApp mobil tətbiqi üzərindən yazışmalardan pulsuz istifadə edə biləcəklər.

Vurğulayaq ki, Azercell 54ölkədə fəaliyyət göstərən80-dan çox operatorunşəbəkəsində 4 fərqli Rominq İnternet Paketlərini istifadəyə verməklə, abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.

PAŞA Bankın "Miles&Smiles” kartı haqqında ətraflı məlumat üçünhttps://miles.pashabank.az/səhifəsinə daxil olun.

Azercell-in Rominq İnternet Paketləri barədə ətraflı məlumatlahttps://www.azercell.com/az/personal/roaming/internetroaming/səhifəsindən tanış olmaq mümkündür.

Daha ətraflı məlumat üçün[email protected]ünvanına müraciət edə bilərsiniz