adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Noyabr 2019 09:40
28401
ŞOU-BİZNES
A- A+

Müğənnilər arasında “Çikantaro” QALMAQALI

"Ayan böyük-kiçik bilmir. Ondan neçə bayram böyüyəm. ELə söz var ki, onu mənə demək olmaz. O elə edir ki, elə bil o, anadır, mən onun balasıyam. Qışqırır üstümə. Mən də sözgötürməyən adam. Sözgötürən olsaydım, gedərdim ailə qurardım, ərimin sözünü götürərdim. "Ay qız, bu nə danışır” deyirdi. Dedim ki, qarşındakı "Çikantaro” deyil. Sözümü onun qulağına dedim”.

Adalet.az xəbər verir ki, müğənni Xatun Əliyeva həmkarı Ayan Babakişiyevanı saymazlıqda günahlandırıb. O, "ATV maqazin onlarla” proqramının "Ruslanla 33 sual” rubrikasına qonaq olakən bu fikirləri səsləndirib.

A.Babakişiyeva cavabı çox gözlətməyib. Belə ki, "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramında elə bir söhbətin olmadığını vurğulayıb:

"Birincisi, efirdə o sözü deyibsə, onu mikrofonda deyərdi. Elə bir söhbət ola bilməz. Mənim qulağıma heç kim söz deyə bilməz. Bir neçə müddətdir dönmüşəm. Gücüm də, mədəniyyətimi də, tərbiyəmi də dəfələrlə sübut etmişəm. Qulağa dediyi söz açıq mikrofonda deyərdi. Bizim sadəcə telefon danışığımız olub. Mən heç kimə sərhəddi aşmağa icazə vermərəm, mən də o sərhədi aşmaram. Düz deyir, Xatun məndən böyükdür. Ona uğurlar arzulayıram”.


Əntiqə Rəşid