adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Noyabr 2019 15:36
7618
GÜNDƏM
A- A+

Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib

Türkiyənin Bakıdakı səfirliyində Azərbaycan KİV nümayəndələri ilə səfirliyin mətbuat müşaviri Hüseyn Altınalanın görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşdə çıxış edən H Altınalan mətbuatın müasir dövrdəki önəmindən danışıb.

Müşavir qeyd edib ki, Azərbaycan mediasında Türkiyə haqqında həqiqətləri əks etdirən xeyli sayda xəbərlər yayımlanır ki, bu da yerli mətbuatın Türkiyəyə olan diqqətinin göstəricisidir.