adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Noyabr 2019 09:30
22095
SİYASƏT
A- A+

BU DÖVLƏT SİRRİDİRMİ?

Mətbuatda yayılıb ki, erməni jurnalistləri Bakıya gəlib və şəhəri gəziblər, kimlərlə görüşüblər, amma dəqiq heç bir məlumat yoxdu. Xarici İşlər Nazirliyi də deyir ki, bundan xəbərimiz yoxdu. Axı şəxsən nazir Vaşinqtondakı görüşdən sonra belə bir kreativ addımın atılacağını bəyan etmişdi. Və indi necə olur ki, nazirliyin özünün razılaşdığı bir məsələ haqqında məlumatı yoxdu?

Və o da bildirilir ki, bir qrup Azərbaycan jurnalisti də İrəvana səfər edəcək. Həmin jurnalistlərin adları da, kimlikləri də açıqlanmır.

Bu nədir, yoxsa dövlət sirridir?