adalet.az header logo
  • Bakı 13°C
19 Noyabr 2019 14:43
16382
SİYASƏT
A- A+

Xalid Kazımlı: Hardadır məntiq, a bəy?

Arif Hacılının mətbuat konfransında "Bu kampaniyanı "Yeni Müsavat" sifarişlə aparır" ifadəsi adam peşman türdəndir. Bu söhbət çıxandan iki yazı yazmışam. İkisində də nəinki Müsavata hücum yoxdur, əksinə, müdafiə var. Yəni heçmi dəyəri yoxdur ilin-günün bu vaxtında bir cümlə ilə olsa da müdafiə etməyin? Sizi istefaya çağıran başqaları, onlara etiraz edən mən (həm də bu yazını dərc edən qəzet), amma qınanan da biz. Hardadır məntiq, a bəy?