adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Noyabr 2019 13:36
8844
MƏMLƏKƏT
A- A+

Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olundu

Noyabrın 19-da Naxçıvan stansiyasından 125 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Adalet.az -a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:14-də qeydə alınıb.

Ocağı 44 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.