adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Noyabr 2019 10:44
30621
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DAN ÜZÜNDƏN DƏRDİYİM İSTƏK

Yayınıb
hamının gözündən
qapını bağlayıb,
pərdəni çəkək...

Dörd divar arasında
bir tala
sevgi əkək...

suyu-
qanımız...
günəşi -
nəfəsimiz...
göyərsin.
Boy atsın,
əli-qolu,
bütünlüyü
və bir də
seçdiyi yolu
gedib
lap buludlara çatsın...

Göy üzündən o yanda
bir maraq
oyatsın-
SEVGİMİZ !
və ona
sarılmış
SEVİRƏM!- pıçıldayan
səsimiz...