adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Əslində elə hamımız İbişik - Ümit Zileli yazır

14399 | 2019-11-18 18:11

Qədimzamanlardan birindəpadşahın xəzinəsi yenə boşalmışdı.Pulunu havaya sovurmaqdan, saraya ilxılarla at almaqdan, ziyafətlərdən,hər zaman olduğu kimi 1 qəpiyi də qalmamışdı.

Padşah vəzirlərini çağırıb nə edəcəklərini soruşdu. Vəzirlərdən biri dedi:

- Yenəxalqdan vergi toplayacağıq. Başqa yolu yoxdur, sultanım!

Padşah həməsəbi, həmdə üzgün tövrlə cavab verdi:

- Vergi qoymadığımız nəsə qalıb məgər, ay qoca vəzir?Hər zibildən vergi alırıq. Tapın görək nədənvergi yığa bilərik.

Divandakı bütün vəzirlər uzun-uzun düşündülər, amma heç cür işin içindən çıxa bilmədilər. Nəhayət yaşlı bir vəzir dedi:

- Adı "İbiş" olandan, başı keçəl olandan, bazarda xoruzsatandan, bir dəqorxaqlardan bir axça vergi alaq.

Bu fikir padşahın xoşuna gəldivə əmr verdi ki, işə başlanılsın. Ölkənin ən ucqar bir dağ kəndində yaşayan İbiş adlı vətəndaş bu vəziyyətdən xəbərsiz, evin ehtiyaclarınıqarşılamaq, arvadına da bir cüt başmaq almaq üçün hindəki çilli xoruzu qoltuğuna alıb qəsəbəninbazarına getdi. Başına gələcək fəlakətdən xəbərsiz idi.

Bazara çatar-çatmaz xoruzunu almaq istəyən bir müştəriilə bazarlıq edib əl sıxdı və xoru8zu 4 axçaya satdı. Xoruzunu yaxşı qiymətə satmağın sevincini yaşayan zaman qabağını vergitoplayan məmurlar kəsdi.

- Xoruzunu satdın?

- Hə.

- İndi isə1 axça xoruzsatma vergisini ver.

İbiş təəccübləndi:

- Xoruz satmağın da vergisi olurmuş?

Mübahisəuzandı və əhali də onların başına yığıldı. Adamlardan biri səsləndi:

- İbiş əfəndi, boşuna özünü yorma!Bunların əlindən qurtula bilməzsən! 1 axçanı ödə,canın qurtulsun.

Məmur bunu eşidib dedi:

- Aha! Adıda İbiş imiş! Vergi borcu 2 axça oldu!

İbiş bunueşidib dəli oldu və "İbişlik vergisi də varmış!" deyib qaçmaq istəyəndə papağı başından düşdü və başının keçəl olduğu da görüldü. Məmurlar bunu görən kimi dedi:

- Bununbaşı da keçəl imiş! 1 axça da keçəllik vergisi!

Yazıq İbişbunu eşidən kimi ağlayıb yalvarmağa başladı:

- Etmə, eləmə, ağa! Mən evə gedəndə arvadıma nə deyərəm? Vallah, məni evə buraxmaz! Əlində maşa üstümə cumar!

Məmur bu dəfə kədərli bir səslə son zərbəni endirmiş:

- Qardaşım,sən üstəlik arvaddan qorxan da çıxdın! 1axça da buna görə vergi.

Əslində elə hamımız İbişik.



Dilimizə uyğunlaşdıran Ulucay Akif

TƏQVİM / ARXİV