adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Noyabr 2019 09:43
17834
GÜNDƏM
A- A+

Elşad PAŞASOY: PROBLEMLƏRİNİZİ VAXTINDA HƏLL EDİN DƏ

Deməli belə… Qardaşım uşağın müayinə üçün Bakıya gətirmişdi. Şükür, ciddi problem çıxmadı, amma… İstiliyin olmaması ucbatından uşağı soyuqda xəstələndirdik. Nəticədə… Bir torba dərman alıb rayona qayıtdılar.

Burda kim qazandı? Təkcə «Azəristilik» və «Azərqaz»mı? Təbii ki, yox. Apteklər və həkimlər də irəli düşdülər. Ay başınıza dönüm, qış hazırlığı müşavirəsində hamınız pionersayağı bəyan edirsiniz ki, «qışa hazırıq!» Bəs, niyə 15 noyabrda yada düşür ki, kiminsə kiməsə borcu var? Axı, mənim - vətəndaşın - sənə borcum yoxdur, öz probleminizi vaxtında həll edin də!